Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycan kəndi – Yaycı

Qərbi Azərbaycan kəndi –  Yaycı

Bakı, 10 iyun, AZƏRTAC

Qərbi Azərbaycanın Yaycı kəndi Zəngəzur regionunda yerləşir. Yaycı kəndi keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının, Gorus rayonu ərazisində yalnız türklərin yaşadıqları inzibati yaşayış məntəqəsi olub. Yaycı kəndi, Vilayət mərkəzi Qafan şəhərindən 79 kilometr şimalda, dəniz səviyyəsindən 1730 metr hündürlükdə yerləşir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci il 3 iyul tarixli fərmanı ilə Yaycı kəndinin adı dəyişdirilərək “Harjis” qoyulub. 1995-ci il noyabrın 7-də qəbul edilmiş “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” Qərara əsasən, mərkəzi Qafan şəhəri olmaqla, Gorus, Mehri, Qarakilsə, Kacaran, Aqarak və Dəstkert şəhərlərini əhatə edən Qərbi Zəngəzur bölgəsi bütövlükdə Sünik vilayətinin inzibati ərazisinə daxildir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, Yaycı adlı kəndlər Qərbi Azərbaycanın Dərələyəz, Dərəçiçək, Sürməli, Zəngəzur, Ağcaqala eləcə də Naxçıvan Muxtar Respublikasında üç Yaycı kənd, Türkiyənin İğdır ərazisində Yaycı adlı yaşayış məntəqəsi hazırda mövcuddur. Toponim yaycı Türk tayfasının adı əsasında yaranıb. Türkiyəli alim Nihat Çətinkaya İğdırdakı Yaycı kənd adının etimologiyasına toxunaraq “İğdır tarixi” adlı əsərində yazır ki, yaz vaxtı heyvanlarla yaylağa köçən, yayılan, yaylaqçı türklərə “yaycı” deyilib. Firudin Rzayev qeyd edir ki, Yaycı sözü yay-çı kimi qəbul etsək, müasir dilimizin “hazırlayan” və ya “yay düzəltməklə məşğul olan” anlamı üzərində dayanmalıyıq. Qədim Türk şamanlarda – qamlarda irəlini görmək üçün icra olunan ayinlərdə yaydan müqəddəs bir əşya kimi istifadə olunurdu və bu işlə məşğul olanlara, yəni irəlini görənlərə, olacağı xəbər verənlərə “yaycı” deyirdilər. Elmi qaynaqlarda bir daha qeyd olunduğu kimi, Yaycılar mənşəcə oğuz tayfalarından hesab olunurlar. Onların bir qismi XII-XIII əsrlərdə Azərbaycana gəliblər. Yaycı kənd adları eyniadlı tayfa adından yarandığı üçün etnooykonimdir. Beləliklə, Yaycı haqqında birmənalı olmayan fikir formalaşıb.

F.İsmayılov qeyd edib ki, Yaycı kəndinin IX-XII əsirlərdə yarandığı təxmin edilsə də, kəndin ərazisindəki qəbirüstü abidələr, bədii daş nümunələri və memarlıq qurğuları kəndin IV-VIII əsrlərdən mövcud olduğu ehtimalını yaradır. Kəndin əzəli sakinləri yalnız türkdilli etnoslar olub. XX əsrin əvvəllərində Çar Rusiyasının təşəbbüsü ilə bu ərazidə məskunlaşdırılan ermənilər, kənddən Türk əhalinin zorla çıxarılmasına nail olublar. Ermənilər tərəfindən onların əmlakları zorla əllərindən alınıb, evləri sökülərək kəndləri xarabalığa çevrildi. Hazırda bu yaşayış evlərinin xarabalıqları, tarix və mədəniyyət abidələrinin qalıqları turistik baxımdan indiki Ermənistan Respublikasına böyük gəlir gətirir. 100 ildən çox sahibsiz qalan bu kəndin ərazisindəki tarix və mədəniyyət abidələri, yaşayış evləri, inzibati binalar öz unikallığı ilə xüsusi olaraq seçilir. Yaycı kəndinin mərkəzində alban memarlıq üslubunda inşa edilmiş, üçnefli, tavan tağlı bir bazilika yerləşir. Arxeoloji və memarlıq xüsusiyyətlərinə əsasən, bu dini tikilinin XII-XIII əsrlərdə Səlcuqlar tərəfindən kəndin sosial problemlərinin həllinə xidmət məqsədilə inşa edildiyi ehtimal olunur. Binanın plan quruluşu və memarlıq detalları bu fikri dəstəkləyir. Təəssüf ki, uzun illər baxımsız qaldığı üçün bazilika hazırda yararsız vəziyyətə düşüb.

AMEA-nın əməkdaşı qeyd edib ki, Yaycı kəndinin yerləşdiyi Bazarçay dərəsi, Tatev monastırından başlayaraq, orta əsrlərə aid körpü, ibadətgahlar, karvansara, at, qoç fiqurları və ermənilər tərəfindən etnik təmizləməyə məruz qalaraq xarabalığa çevrilən və öz xarabalığı ilə də göz oxşayan yaşayış evləri var. Yaycı kəndi ərazisində hələ tədqiq edilməmiş Azərbaycanın xeyli sayda tarix və mədəniyyət abidələri mövcuddur. Bu abidələrdən biri kəndindən iki kilometr cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşən türbədir. Binanın memarlıq quruluşu öz unikallığı ilə xüsusi diqqət çəkir. Abidə yerli bazalt daşlar və əhəng məhlulu ilə düzbucaqlı planda, damı tağlı, ikikameralı unikal binadır. Dəfn yeri hündür bir təpənin üstündə tikilib. Binanın Şərq tərəfi dərin uçurumla əhatələnib, Cənub divarında kiçik pəncərə var.

O deyib ki, dəfn yerinin əsas kamerasının tağla tamamlanan iki giriş qapısı var. Digər kameranın girişi Şimal tərəfə açılır. Hər kamerada bir məzar var. Hər iki məzarın daşları Oğuz-Türk elementləri ilə bəzədilib. Kameranın divarlarının alban xaçlarının klassik nümunələri ilə bəzədilməsi binaya hüznlü bir görkəm verir. Hələ tədqiq olunmadığından, bu maraqlı abidə haqqında heç bir rəsmi məlumat yoxdur. Bu dəfn yerinin kimlər tərəfindən tikildiyi, orada kimin dəfn edildiyi barədə elmə heç nə məlum deyil.

“Qərbi Azərbaycan (indiki Ermənistan) ərazilərində haqqında heç bir məlumat olmayan belə abidələrin çoxluğu ermənilərin bu sahədə manipulyasiya etmələrinə şərait yaradır. Ərazidən azərbaycanlıların tarixi izlərini silmək, əsl həqiqətləri gizləmək üçün şayiələr, rəvayətlər uydurur, bu torpaqların əzəli sakinlərinin həmin ərazilərdə yaşamalarına şübhələr yaratmağa çalışırlar. Bu dəfn yeri haqqında da erməni mənbələri belə bir yalan informasiya yayırlar ki, guya burada dəfn olunan şəxs Alaniya Kralıdır. O zaman belə bir sual yaranır, Alaniya Kralının bu qədər uzaq məsafədən Zəngəzurun gediş-gəliş üçün çətin olan ucqar bir kəndinə gətirilib dəfn edilməsinə səbəb nə olub? Bu sualın izahı erməni yalanını açıq-aşkar ifşa edir. Belə ki, Alaniyanın tarixdə məlum olan ilk adı Coracesiumdur. Eramızdan əvvəl IV əsrdə farslar tərəfindən işğal edildikdən sonra dəniz quldurları üçün sığınacağa çevrildi. Eramızdan əvvəl 139-cu ildə Selevkilər imperiyası şəhəri işğal etdi. Ancaq bundan sonra da şəhər dəniz quldurları üçün sığınacaq olmaqdan xilas ola bilmədi. Şəhər eramızdan əvvəl 65-ci ildə Roma sərkərdəsi Qney Pompei Maqnus tərəfindən Roma İmperatorluğuna birləşdirildi. Xaçlı orduları 1204-cü ildə İstanbulda Latın İmperatorluğunu qurduqdan sonra Anadoluda hakimiyyət boşluğu yarandı. Şəhər 1221-ci ildə Anadolu Səlcuqlu Sultanı Əlaəddin Keykubat tərəfindən ələ keçirildi. Sultan Əlaəddin Keykubat öz feodal ağası Kır Vartın qızı ilə evləndi, şəhəri abadlaşdıraraq qış paytaxtı elan etdi. O, şəhərin adını Alaiye qoydu. 1300-cü ildə Anadolu Səlcuqlarının parçalanmasından sonra şəhər Qaramanlılar bəyliyinin hakimiyyəti altına keçdi. Konyada yerləşən Qaramanlılar 1427-ci ildə şəhəri 5 min qızıl sikkəyə Misir Məmlük Sultanlığına satdılar. Nəhayət, Anadoluda birliyin qurulması və Osmanlı Bəyliyinin yüksəlişi ilə Alaiye 1471-ci ildə Fateh Sultan Mehmetin sərkərdələrindən Gedik Əhməd Paşa tərəfindən Osmanlı İmperatorluğuna birləşdirildi. Osmanlı İmperatorluğu dövründə Alaiye əvvəlcə 1571-ci ildə Kipr vilayətinə, 1864-cü ildə Konya vilayətinə, 1868-ci ildə Antalya sancağına və nəhayət 1871-ci ildə Antalyanın bir mahalına çevrildi. Bu səbəbdən Alaniya xəyali kralının Yaycı kəndində dəfn edilməsi yalan və iftiradan başqa bir şey deyildir. Məlum olduğu kimi, Yaycı böyük tarixi əhəmiyyətə malik qədim Azərbaycan kəndidir. Kənd Qoris-İrəvan magistral yolunun altı kilometr qərbində yerləşir. Yaycı kəndi Şərqdən, Şimaldan və Qərbdən vulkanik təpələr və dağlarla əhatə olunub. Cənubdan Bazarçay dərəsinə enən keçilməz şaquli qayalıqla əhatə edilib”, - deyə F.İsmayılov vurğulayıb.

Onun sözlərinə görə, Yaycı kəndinin yalnız azərbaycanlılardan ibarət olan sakinləri maldarlıq və əkinçiliklə məşğul olurdular. Onlar Naxçıvan, Qarabağ və digər regionların yaşayış məntəqələri ilə ticarət əlaqələri saxlayıblar və bu fəaliyyətlərini Yaycı yolunda tikilmiş karvansara vasitəsilə həyata keçiriblər. Karvansaralar Asiya, Şimali Afrika və Cənub-Şərqi Avropanı, xüsusilə də İpək Yolu ərazisini əhatə edən ticarət yolları şəbəkəsi üzrə ticarət, məlumat və insanların hərəkətini təmin edən infrastruktur idi. Çox vaxt kənd yerlərində, kənd yolları boyunca yerləşən karvansaraların şəhər variantları da tarixən Qərbi Azərbaycan ərazilərində olduğu kimi İslam dünyasının bütün şəhərlərində yayılıb və çox vaxt xanəgah, qonaq evi və başqa adlarla da adlandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 121 dollara satılır

Tokayev ölkənin üç dövlət qurumunun rəhbərini təyin edib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Sentyabrın 18-i Milli Musiqi Günüdür

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABŞ Pezeşkian və Əraqçinin BMT Baş Assambleyasında iştirakı üçün vizalarını təsdiqləyib

“NY Post”: “Abraham Lincoln” gəmisində narkotik satdığına görə ər-arvad həbs edilib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Xətai və Sabunçu rayonlarında qaz təchizatında fasilə yaranacaq

FT: Böyük Britaniya Aİ ilə münasibətləri yenidən qurmağa çalışır

NYT: ABŞ Ukraynadakı münaqişə bitməzdən əvvəl Rusiya ilə razılaşmalar əldə edə bilər

Husilər: Səudiyyə Ərəbistanı son sutkada Yəmənə 37 hava zərbəsi endirib

Livanda “Hizbullah” komandiri terrorizmdə ittiham olunub

SEPAH Toqo bayrağı altında üzən neft tankerinə hücum edib

ABŞ Avropadakı hərbi kontingentini üçdəbirə qədər azalda bilər

ÜST Ebola ilə bağlı vəziyyəti ümidverici adlandırıb

ABŞ İraqın şimalında hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

“Bloomberg”: ABŞ Si Cinpinin səfərinədək Çinə yeni tarif tətbiq etməyəcək

İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlər mandat qazanıblar

Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub

Böyük Britaniyada kirayə qiymətləri ilin ən yüksək artım tempinə çatıb

Bakıda Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyasından bəhs edən kitab təqdim olunub

ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verib

Dairə seçki komissiyalarının yenidən təşkil edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2026-cı il 26 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxı rayonuna səfərinə dair videoçarx paylaşılıb VİDEO

Tramp: Polşada ABŞ hərbi bazasının yaradılması istiqamətində ciddi irəliləyiş əldə olunub

Çin və ABŞ-nin baş diplomatları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Qazaxda 34 ildən sonra şəhid ata və oğulun qəbirləri ziyarət olunub

Tramp İranla müharibənin gələcəyi ilə bağlı seçim qarşısında olduğunu deyib

Beyləqanda Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərlə bağlı monitorinq aparılıb

Cəlilabadda su xəttində qəza baş verib

Culfa rayonunda Dövlət Proqramının icrası ilə bağlı görüş olub

Fransanın daxili işləri naziri deputatla bağlı yanlış məlumat yaymaqda ittiham olunur

NDU-da Naxçıvanın milyon illik təbiət tarixini yaşadan muzey yaradılıb

Azərbaycan və Estoniya XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Alyaskada güclü zəlzələ baş verib

Bu saata olan əsas xəbərlər

Kral III Çarlz süni intellektin yanlış əllərə keçməsi ilə bağlı xəbərdarlıq edib

Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb

Azərbaycanın multikultural mövqeyi türk-islam həmrəyliyinə daha geniş humanitar məzmun qazandıra bilər - ŞƏRH

DTX-nin rəisi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib

Azərbaycan tolerantlıqla bağlı özünəməxsus təcrübə formalaşdırıb – ŞƏRH

İsmayıllı rayonunda bir sıra fermer və sahibkar təsərrüfatlarına baxış keçirilib

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq YENİLƏNİB-2 VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

AHİK könüllüləri Prezident Kitabxanasında olublar

Ermənistanın qarşıdurma ritorikasını davam etdirməsi yeni regional düzənin formalaşmasına zərər verə bilər - ŞƏRH

Zaqatala rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

AYNA: Ötən gün “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən 200 mindən çox sərnişin istifadə edib

Türkiyə universitetlərində gələn ildən əcnəbi tələbələr üçün yeni imkanlar yaradılacaq

Hesablama Palatası dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimatla çıxış edib

ASOSAI-nin toplantısında üzv ali audit orqanları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri Ermənistanı niyə narahat edir?

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinə qeydiyyat elan edilib

Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb

AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər VİDEO

AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Fransada hicabın mərhələli şəkildə qadağan olunması təklif edilib

Aqrar Sığorta Fondunun sədri Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Hesablama Palatasında növbəti kollegiya iclası baş tutub

Azərbaycan və BƏƏ muzeyləri arasında əməkdaşlıq genişləndirilir

Dövlət Agentliyi: Kalibrləmə nəticələri "E-keyfiyyet" vasitəsilə rəsmiləşdirilməlidir

ADNSU-nun şöbə müdiri beynəlxalq “Stevie” mükafatı uğrunda finalçı seçilən ilk azərbaycanlı jurnalist olub

Olimpiya Oyunlarının mükafatçısı Azərbaycan atletika millisinin məşqçilər heyətində

Müharibəyə qarşı sülh sifarişi - ŞƏRH

Naxçıvanda gənclərin Dövlət Suverenliyi Gününə həsr olunmuş vətənpərvərlik yürüşü - FOTOLAR

® ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edilib!

Mbappe “Qızıl top”un yenidən “Real Madrid”ə qayıtmasını istəyir

Ekspert: Yüksək neft qiymətlərinə baxmayaraq “qara qızıl”ın büdcə qiyməti sabit saxlanılır

ADPU-nun cari il məzunlarının 49 faizdən çoxu magistraturaya qəbul olunub

Səudiyyə Ərəbistanında vurulan PUA-nın qalıqlarının düşməsi nəticəsində 1 nəfər ölüb

Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib YENİLƏNİB

ADPU-CVU ikili diplom proqramı çərçivəsində peşəkar inkişaf təlimi

Yaponiyada AES-in reaktorunun fəaliyyəti su sızmasına görə dayandırılacaq

“Fövqəladə hallar könüllüləri”nə sertifikatlar təqdim edilib

Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Siyəzən rayonunda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə baş tutub

Sabah Masallının iki kəndində qaz təchizatı dayandırılacaq

Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib

TƏBİB: Pasiyent təhlükəsizliyi kompleks sistem vasitəsilə təmin olunur

Sanksiyalara baxmayaraq, Şimali koreyalı nazir Yaponiyaya səfər edib

Mustafa Mustafayev: “Dayının yuxusu” tamaşası üçün asan olmayan bir həll yolu tapmaq lazım idi

İran İsveç diplomatından ölkədən çıxmasını tələb edib

SOCAR ilə Özbəkistan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib

Şərqşünas alim beynəlxalq konfransda Seyid Yəhya Bakuvi və xəlvətilik barədə məruzə edib

İdxal olunan bitkitərkibli spred yağı istehsalçı ölkəyə qaytarılıb

Rəşad Məcid: Nizami Gəncəvi dünya poeziyasına misilsiz töhfələr verib

Samuxda 120-dən çox könüllü qanvermə aksiyasında iştirak edib

Şərqi Zəngəzur və Qarabağın faunasına 200-ə yaxın quş, 70-dən çox məməli növü daxildir

MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq VİDEO

MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq VİDEO

Hesablama Palatası ilə Koreya Audit və Təftiş Şurası birgə fəaliyyətlə bağlı razılıq əldə edib

Azərbaycan və Özbəkistan energetika sahəsində 2026-2028-ci illər üzrə Yol Xəritəsi imzalayıb

Xankəndi ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Baia Mare oldu

Cafer Dal: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm körpüdür

Politoloq: Qəbələ əhəmiyyətli görüşlərə ev sahibliyi edir VİDEO

Politoloq: Qəbələ əhəmiyyətli görüşlərə ev sahibliyi edir VİDEO

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb VİDEO

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb VİDEO

Böyük Qayıdış prosesində fauna müxtəlifliyinin qorunması xüsusi əhəmiyyət daşıyır

Deputat: Azərbaycanın Türk dünyası və Qafqazdakı mövqeyi iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaradır