Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycanda və Qarabağda toponimlərin dəyişdirilməsi Ermənistanın dövlət siyasətidir

Bakı, 31 iyul, AZƏRTAC

2020-ci ildə Azərbaycan tərəfinin başladığı genişmiqyaslı əks-hücum əməliyyatı cəmi 44 günə torpaqlarımızın işğaldan azad edilməsi və noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Torpaqlarımızın işğaldan azad edilməsi və orada aparılan bərpa-quruculuq işləri ermənilərin bölgəmizə vurduqları mənfi təsirlərlə bağlı bir sıra problemləri üzə çıxardı. Bunlardan biri işğalçılar tərəfindən türk toponimlərinin erməni adları ilə əvəzlənməsidir. Heç kimə sirr deyil ki, Azərbaycan vətəndaşlarının fiziki cəhətdən məhv edilməsi, onların öz tarixi vətənindən qovulması, azərbaycanlılara məxsus maddi-mədəniyyət abidələrinin dağıdılması və mənimsənilməsi ilə yanaşı, bölgə tarixi ermənilər tərəfindən geniş miqyasda saxtalaşdırılmaya da məruz qalıb. Birinci Qarabağ müharibəsindən sonra ermənilər ideoloji müharibədə öz arsenallarında olan daha bir hiylə işlədiblər. Belə ki, onlar işğal etdikləri ərazilərdə ilkin yer adlarının (toponimlərin) demək olar hamısını dəyişdiriblər. O dövrdə qarşıya qoyulan məqsəd belə idi - Qərbi Azərbaycanın və Qarabağın yerli əhalisini bu ərazilərdən qovmaq, orada olan azərbaycanlıların tarixi yaddaşını silmək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, ölkə ərazilərindəki toponimləri və inzibati yaşayış məntəqələrinin adlarının erməni adları ilə əvəzlənməsi XVIII əsrin sonlarında Qarabağ xanlığının ləğv edilməsi və çar Rusiyasının Azərbaycan ərazilərinin işğalı ilə bərabər başlayıb. Ermənilərin toponimik ekspansiyası, əslində, Qərbi Azərbaycanda aparıldığı kimi, işğaldan azad olunmuş ərazilərdə də inkişaf etdirilib - ərazini etnik təmizləməyə məruz qoymaq, toponimləri və yer adlarını dəyişdirmək.

Faiq İsmayılov diqqətə çatdırıb ki, Qarabağın toponimlərinin ermənilər tərəfindən dəyişdirilməsi ilə bağlı fəaliyyətin dövlət səviyyəsində həyata keçirildiyi faktlar da ortaya çıxır. Bu məsələ ilə bağlı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin orqanı olan “Sovetakan Karabax” (Sovet Qarabağı) nəşrinin səhifələrində mütəmadi olaraq müzakirələr aparılır və uzun illər Azərbaycan tarixinin saxtalaşdırılması istiqamətində hazırlanan materiallar “tarixşünaslığın” əsasları kimi təqdim olunurdu. İlk növbədə, ermənilər toponimləri dəyişdirərkən özlərinə məxsus toponimik sistemin xüsusi qaydaların qanunauyğunluqlarını yaratmağa çalışır və yeni toponimika elmi kimi səciyyələndirməyə çalışırdılar. Burada onlar xüsusi olaraq təbiət hadisələrini, cəmiyyətin sosial-iqtisadi həyatı, məişəti, inancları və sair haqqında məlumat daşıyan, eyni zamanda, bu ərazilərdə keçmiş əsrlərdə yaşamış nəsillərin izlərini öyrənərək yeni toponimlərin tətbiqini sistemləşdirməyə çalışırdılar. Eyni zamanda, bütün bu saxtakarlığı linqvistik vasitələrlə ifadə edirdilər. Həmçinin tətbiq edilən toponimik sistem Qarabağda yaşayan erməni əhalisinin tarixi və mədəni dəyərləri kimi təqdim olunurdu. Bütün bunlara baxmayaraq, ermənilər uzun illər “Artsax” toponimlərini peşəkar tədqiqat obyektinə çevirə bilmədilər. Bu baxımdan Tsamadzor (Dərəkənd), Arakul (Aragül), Хnushinak (Xanoba), Spitakaşen (Ağkənd), Muşkapat (Mqşkapat), Karakulux (Daşbaşı), Кarintak (Daşaltı), Noraqyux (Təzəbinə), Хantsx (Xanyeri), Vank (Vəngli) və dəyişdirilən digər bu kimi adlar reallıqda öz əsasını tapmadı.

Tarix İnstitutunun əməkdaşı, həmçinin diqqətə çatdırıb ki, tarixən Qarabağın özünəməxsus iqtisadi və mənəvi əlaqələri olub, ərazi etibarilə burada müxtəlif əsrlərdə müxtəlif xalqların və tayfaların (səlcuqlar, monqol-tatarlar) izlərinə rast gəlmək mümkündür. XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinə qədər əraziyə hökmranlıq etmiş Qarabağ xanlığı dövründə də iqtisadi və mədəni dəyişikliklər olub. Bütün bunlar Qarabağın toponimlər sistemində iz buraxmaya bilməzdi. Lakin ermənilərin bütün bu tarixi gerçəklikləri nəzərə almaması və ya qəbul etməməsi təəssüf doğurur. Digər tərəfdən Qarabağda ermənilərin məskunlaşdıqları azərbaycanlılara məxsus Mehtikənd, Daşkənd, Fərrux, Sərdarkənd, Seydidkənd kimi adların İran ləhcəsindən yarandığını və ermənilərə məxsusluğunu iddia etmək kökündən yalandır. Ermənilərin yaratdıqları Qarabağın yeni toponim sisteminə Azərbaycana məxsus Dəhraz, Sərsəng, Çıldıran, Çərəkdar, Xocavənd, Hadrut, Xanabad, Daşbulaq, Ağbulaq, Xırmancıq, Qarabulaq, Çaylı və başqa adlar İran və rus toponimləri kimi izah olunur. Bütün bunlar bəs deyilmiş kimi, guya bəzi erməni toponimlərinin sonradan Azərbaycan dilinə keçməsi barədə də sərsəm fikirlər səsləndirilir. Bu qəbildən onlar Vank-Vəngli, Şoş-Şuşikənd, Edilu-Edilli kənd adlarını misal kimi göstərirlər. Eləcə də Aranzəmin, Daşaltı, Təzəbinə və bu kimi digər adların xalq dilindən guya səhv tərcümə olunduğunu iddia edərək Qaraqlux-Daşbaşı, Krasnı-Dağdağanlı kimi adları yeni sübutlar kimi göstərirlər. Lakin erməni tarixçiləri unudurlar ki, toponim və yer-yurd adları xalq dilində olduğu kimi sistemə daxil edilir, əgər hansısa dilə tərcümə olunaraq yazılırsa, deməli, toponim formasını itirir.

F.İsmayılov bildirib ki, ermənilər Qarabağ toponimlərini dəyişdirərkən onları erməni ləhcələrinə uyğunlaşdırmaları bu toponimlərin saxtakarlığa uğradıldığının əyani sübutudur. Bir qayda olaraq toponimləri saxtalaşdırarkən ermənilər bunu özlərinin milli mentalitetlərinə uyğunlaşdırırlar ki, bu da eyni toponimin bir neçə erməni adı kimi formalaşmasına səbəb olur. Məsələn Tumi-Domi, Xtsaberd-Xozaberd, Tsor-Tzur və s. Qarabağda bəzi kəndlərin adları erməni toponimləri ilə əvəzlənəndə məzmunca mənasını itirir: Qala dərəsi, Qaraqışlaq, Qarakənd, Qızqala, Dəmirçilyar, Ağcakənd, Düdükçü və s. Çox vaxt bəzi Azərbaycan kəndlərinin azərbaycanca səsləndirilən adlarının erməni mənşəyindən gəldiyi iddia olunur. Məsələn, Moxranes - Susnlıq, Nngi - Cəmiyyət, Aterk - Həsəngiz, Arkatali - Muxtarkənd, Avetarots - Çanaxçı, Karmirqyux - Keşişkənd. Ona görə də erməni dilində kəndlərimizin bir çox rəsmi adları (oykonimlər) bu kəndlərin sakinlərinin dediklərindən fərqlənir. Toponimlər şəffaf və qeyri-şəffaf, yəni qavranılan və anlaşılmaz kimi iki hissəyə bölünür. Beləliklə, Noraqyuq, Yeqtsaq, Getavan, Caqatsner kimi adlar nəinki Azərbaycan dilində, eləcə də ermənicə danışanlar üçün kifayət qədər başadüşülən toponimlər deyil. Adlandırma funksiyasını yerinə yetirən erməni tarixçiləri bu adların özəlliyi haqqında heç nə demirlər. Burada çox vaxt yalançı ifadələri, guya xalq “etimologiyası”na uyğunluğunu təqlid etməklə toponimin adətən yanlış, səhv izahını verirlər. Beləliklə, toponim kimi təqdim edilən erməni adlarının müasir qavrayışı onların ilkin forma və məzmununa uyğun gəlmir. Qarabağda bəzi yaşayış məntəqələrinin adlarını məskunlaşdıqları əraziyə XVIII-XIX əsrlərdə İrandan və Türkiyədə yaşadıqları ərazilərdən gətiriblər. Məsələn, Marağa, Həsənqaya və sair. Belə toponimləri ermənilər öz mirasları kimi qəbul etdiklərindən bu adların dəyişdirilməsində o qədər də maraqlı deyillər. Yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinə gəlincə, burada çox ciddi və düşünülmüş yanaşma tələb olunsa da, ermənilər o qədər də bunun fərqində olmayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO