Qəsəbə boksçuları Azərbaycan birinciliyində üç medal qazanıblar
Astara, 4 mart, Bağır Əliyev, AZƏRTAC
Fevralın 25-dən martın 2-dək Bakı şəhərində keçirilən boks üzrə Azərbaycan birinciliyində astaralı idmançılar iki qızıl və bürünc medal qazanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkə birinciliyində rayonu təmsil edən Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdi Zaur Qəhrəmanov 48, Ərçivan qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdi Səyədulla Nəsirov 66 kiloqram çəki dərəcəsində birinci, Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdi Mirzağa Hüseynli isə 46 kiloqram çəki dərəcəsində üçüncü yerləri tutublar.
İdmançıları yarışa məşqçi-müəllim Nurlan Məmmədov hazırlayıb.