Qətli törətməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı, 27 dekabr, AZƏRTAC
Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Nəsimi Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, cari il sentyabrın 24-də Nəsimi rayonu ərazisində 1997-ci il təvəllüdlü Tərlan Mədətovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
İbtidai istintaqla 1999-cu il təvəllüdlü Səhrab Məlikzadənin Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən mənzillərdən birində sosial şəbəkələr vasitəsilə tanıdığı Tərlan Mədətova qisas niyyəti ilə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Səhrab Məlikzadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [11:03]
Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib
- 08.10.2026 [10:33]
Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO
- 08.10.2026 [10:16]
Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]