Qəzza sektorundakı vəziyyət Moskvada müzakirə olunur
Moskva, 21 noyabr, AZƏRTAC
Yaxın Şərq probleminin həllində region dövlətləri iştirak etməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqasının və İslam Əməkdaşlığı Təşkilatının üzvü olan ölkələrin XİN başçıları ilə Moskvada keçirilən görüşdə söyləyib.
Lavrov xatırladıb ki, əvvəllər Yaxın Şərq probleminin həlli ilə Avropa İttifaqı, ABŞ, Rusiya və BMT dördlüyü məşğul olurdu, lakin indi bu dördlük fəaliyyətini dayandırıb. Rusiyalı nazir paytaxtı Qüds olmaqla, 1967-ci il sərhədində Fələstin dövlətinin yaradılmasına dair danışıqlar prosesini dərhal bərpa etməyə çağırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]