Qəzza zolağından İsrailə raket atılıb
Bakı, 11 fevral, AZƏRTAC
Şənbə günü axşam saatlarında Qəzza zolağından İsrailin cənubuna atılan raket “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
AZƏRTAC “interfax.ru”ya istinadla xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Raket hücumu zamanı ölkənin cənubunda hava hücumundan müdafiə üçün xəbərdarlıq edən sirenalar səslənib.
Yerli sakinlərin sözlərinə görə, onlar güclü partlayış səsi eşidiblər və hava hücumundan müdafiə raketinin buraxıldığını görüblər.
İsrail müdafiə qüvvələri atılan yeganə raketin “Dəmir günbəz” sistemi tərəfindən vurulduğunu bildirib.
“Times of Israel”in məlumatına görə, hücumdan sonra yerdəki itki və dağıntılar barədə məlumat verilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]