QHT QƏBƏLƏ RAYONUNDA TİBBİ MONİTORİNQ KEÇİRİR
QHT-nin başçısı Sona Salmanova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yaşayış məntəqəsinin yaxınlığında belə güclü stansiyanın olması səhiyyə orqanlarından daimi diqqət tələb edir. Onlarca hamilə qadının və uşağın müayinəsinin nəticələri də bunu təsdiqləyir.
Onun sözlərinə görə, burada şüalanma yolverilən səviyyədədir, lakin buna baxmayaraq, nəzarət və məsləhətləşmələrin vacibliyi aşkardır. İstənilən texnologiya, özü də Qəbələ RLS kimi xüsusi təyinatlı obyekt ekologiyaya, adamların sağlamlığına müəyyən qədər ziyan vurur. Monitorinqlər və vaxtında görülən tədbirlər hətta ən səmərəli müalicədən daha yaxşıdır.