Qırğızıstan Prezidenti ölkənin Baş Nazirinin istefasını qəbul edib
Bişkek, 16 iyun, АZƏRTAC
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov dünən istefa verən Baş Nazir Muxammedkalıy Abılqaziyevin istefasını qəbul edib.
AZƏRTAC Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Prezidentin Baş Nazirin istefasını qəbul etməsi hökumətin tam tərkibdə istefaya getməsi deməkdir.
Prezident Baş Nazirin müavinlərindən və hökumətin digər üzvlərindən xahiş edib ki, yeni hökumət formalaşdırılana qədər öz səlahiyyətlərini icra etsinlər.
Yaxın günlərdə Qırğızıstan Hökumətinin yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]