Qırğızıstan Prezidenti yeni hökumətin üzvlərinin təyin olunması ilə bağlı fərmanlar imzalayıb
Bişkek, 13 oktyabr, АZƏRTAC
Qırğızıstan Prezidenti Sadır Japarov yeni hökumətin üzvlərinin təyin olunması ilə bağlı fərmanlar imzalayıb.
AZƏRTAC Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı Akılbek Japarovun Nazirlər Kabinetinin (NK) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar fərmana imza atıb.
Prezident Arzıbek Kojoşevin NK sədrin birinci müavini, Aziz Aliyev və Edil Baysalovun sədrin müavinləri, Kamçıbek Taşıyevin NK sədrinin müavini və Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunması ilə bağlı fərmanlar verib.
Dövlət başçısı Qırğızıstan parlamenti-Joqorku Keneşdə yeni hökumətin təsdiq edilən üzvlərinin təyin olunması ilə bağlı da fərmanlar imzalayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]