Qırğızıstanda koronavirusa yoluxanların sayı 14 nəfər artıb
Bişkek, 4 aprel, АZƏRTAC
Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 14 nəfər artaraq 144-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bunu Qırğızıstan Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Kasımbek Mambetov Bişkekdə keçirdiyi brifinqdə deyib. O bildirib ki, son 24 saat ərzində koronavirusa ən çox Cəlalabad vilayətində yoluxma halı qeydə alınıb - 6 nəfər. İndiyədək koronavirusa tutulan 9 xəstə sağalaraq evə buraxılıb, 4 nəfər isə ağır vəziyyətdə reanimasiya şöbəsindədir, bir xəstə ölüb.
Ölkədə 9 tibb işçisi koronavirusa yoluxub və onlar da digər xəstələr kimi müalicəni davam etdirirlər. Hazırda ölkədə karantində 2 minə yaxın insan var.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [12:58]
İrakli Kobaxidze: AŞPA tamamilə maraqsız qurumdur
- 23.06.2026 [12:48]
ABŞ hərbi bazası Polşaya 3,2 milyard dollara başa gələcək
- 23.06.2026 [12:44]
Moskva vilayətində raket təhlükəsi elan edilib
- 23.06.2026 [12:34]
Yaponiyada ikinci paytaxt şəhəri olacaq
- 23.06.2026 [12:31]
Uralda qasırğa: 16 nəfər xəsarət alıb
- 23.06.2026 [12:26]
“SpaceX” şirkətinin səhmləri kəskin şəkildə ucuzlaşıb
- 23.06.2026 [12:26]
Litva hökuməti istefa verib
- 23.06.2026 [12:19]