QIRĞIZISTANDA TƏXMİNƏN 2 MİN AİLƏ SÜRÜŞMƏ ZONASINDA YAŞAYIR
Qırğızıstanın Baş naziri Nikolay Tanayevin başçılığı ilə keçirilən hökumətin iclasında təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və baş verə biləcək fəlakətlərin qarşısının alınması məsələləri müzakirə edilmişdir. N.Tanayev bildirmişdir ki, elə bu yaxınlarda Oş vilayətində torpaq sürüşməsi nəticəsində 33 adam həlak olmuş, 20-yə yaxın adam yaralanmışdır. O qeyd etmişdir ki, hazırda sürüşmə zonalarında 1947 ailə yaşayır və onlar təcili olaraq köçürülməlidir.
İclasda təbii fəlakət nəticəsində sıradan çıxmış avtomobil yollarının, elektrik xətlərinin bərpa olunması üçün konkret tapşırıqlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]