Qırğızıstandakı Azərbaycan icmaları Xocalı soyqırımının 21 ildönümü münasibətilə bəyanat yaymışlar
Bakı, 25 fevral (AZƏRTAC). Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu, Qırğızıstan Azərbaycanlıları Konqresi, Qırğızıstandakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi və “Xəzər” İctimai Birliyi Xocalı soyqırımının 21 ildönümü münasibətilə soyqırımının Qırğızıstanda tanıdılması məqsədi ilə bəyanat yaymışlar.
Bəyanatda tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror və soyqırımı aktları törədilməsi öz əksini tapmışdır. Çoxsaylı tarixi sənədlər sübut edir ki, erməni separatçıları yüz minlərlə azərbaycanlını öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qoyaraq, kütləvi surətdə qətlə yetirmiş, zaman-zaman öz torpaqlarından deportasiya etmişlər.
Rus və ingilis dillərində olan bəyanatı qırğızıstandakı Azərbaycan icmalarının liderləri imzalamışlar.
Bəyanat Qırğızıstan Parlamentinə, Qırğızıstanın Ombudsmanına və Bişkekdəki diplomatik korpusa təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]