Qırğızıstanın yeni hökumətinin üzvləri and içiblər
Bişkek, 13 oktyabr, АZƏRTAC
Qırğızıstan qanunlarına uyğun olaraq yeni hökumətin üzvləri ölkə parlamenti-Joqorku Keneşdə and içiblər.
AZƏRTAC Qırğızıstan parlamentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı Sadır Japarov mərasimdə çıxış edərək hökumətin yeni üzvlərinə uğurlar arzulayıb.
Nazirlər Kabinetinin (NK) sədri Akılbek Japarov, NK sədrinin birinci müavini Arzıbek Kojoşev, sədrin müavinləri Aziz Aliyev və Edil Baysalov, NK sədrinin müavini, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Kamçıbek Taşıyev, yeni təsdiq edilən nazirlər sağ əllərini Konstitusiyanın üzərinə qoyaraq Prezidentin, Joqorku Keneşin deputatlarının və hökumətin yeni üzvlərinin qarşısında vətənə sədaqət andı içiblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]