QIŞDA ƏHALİNİN TƏBİİ QAZLA TƏMİNATINDA HEÇ BİR PROBLEM OLMAYACAQDIR
Belə ki, yaşayış məntəqələrində 71 ədəd qaztənzimləyici şkaf saz vəziyyətə gətirilmiş, daşıyıcı və paylayıcı qaz kəmərlərindəki 32 ədəd siyirtmə təmir edilmişdir. İpək Yolunun bərpası ilə əlaqədar yerdə qaz kəmərinin bir neçə hissəsi qaydaya salınmışdır.
Diametri 300 millimetrlik Tovuz-Əslik daşıyıcı qaz kəmərinin bəzi sahələri yenidən qurulmaqla 2 ədəd 159 və 100 millimetrlik siyirtmə quraşdırılmışdır.
Bundan əlavə son günlər rayonun Ağdam, Vahidli, Aşağı Quşçu, Dönük Qırıqlı, Düz Qırıqlı, Aşağı Ayıblı, Alakol, Köhnəqala və Məşədilər kəndlərinə təbii qaz verilməsi ilə əlaqədar qaz xətlərində, qaztənzimləyici şkaflarda, siyirtmələrdə təmir işləri aparılmışdır.