QİYMƏTLİ KAĞIZLAR BAZARINDA İNVESTORLARIN HÜQUQLARININ MÜDAFİƏSİ TƏDBİRLƏRİ GÜCLƏNDİRİLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Gündüz Məmmədov AZƏRTAC-a bildirmişdir ki, qurumun əsas fəaliyyət istiqamətlərindən biri olan qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi tədbirləri gücləndirilmişdir.
QKDK-ya ötən il 304 səhmdar cəmiyyəti haqqında 522, cari ilin 8 ayında isə 288 səhmdar cəmiyyəti barədə 165 şikayət ərizəsi daxil olmuşdur. Aparılmış araşdırmalar nəticəsində 2007-ci ildə fəaliyyətlərində qanun pozuntusu aşkar edilmiş 227 səhmdar cəmiyyətinə 60 min 555 manat, 2008-ci ilin yanvar-avqustunda isə 43 səhmdar cəmiyyətinə 9 min 505 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir.