Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində heç bir yanğın hadisəsi baş verməmişdir
Bakı, 10 fevral (AZƏRTAC). Bəzi internet saytlarında Masallı rayonunun Qızılağac kəndi yaxınlığındakı Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsinin baş verməsi barədə məlumat yayılmışdır. Məlumatda yanğın zamanı yaşayış üçün istifadə edilən, ümumi sahəsi 16 kvadratmetr olan otaq tipli vaqonun yandığı və onun içərisində 2 azyaşlı uşağın öldüyü bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı məlum olmuşdur ki, yanğın Qızılağac Dövlət Təbiət Qoruğundan 2 kilometr aralıda, Qızılağac kənd bələdiyyəsinin ərazisində baş vermişdir. Nazirlik bir daha bildirir ki, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində heç bir yanğın hadisəsi baş verməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]