Qızılcaya yoluxan böyüklər uşaqlara nisbətən xəstəliyi daha ağır keçirirlər
Bakı, 27 dekabr, AZƏRTAC
Vaxtilə peyvənd olunanlar da illər keçəndən sonra qızılca xəstəliyinə yoluxa bilərlər. Bu, həkim və mütəxəssislərin mövqeyidir.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov dediyinə görə, uşaq vaxtı vurulan peyvəndin qoruyuculuğu 15-20 il keçəndən sonra zəifləyə bilər və qızılcaya yoluxmaq mümkündür. Müşahidələr göstərir ki, qızılcaya tutulan uşaqlara nisbətən böyüklər həmin xəstəliyi daha ağır keçirir. Hətta qızılcaya təkrar yoluxanlar da var.
Mütəxəssis-ekspert deyib: “Uşaqlarla böyüklər arasına müqayisə aparsaq belə bir qənaətə gəlmək olar. 5 yaşından kiçik olan uşaqlar risk qrupu hesab olunur və onlar xəstəliyi daha ağır keçirilər. Lakin bununla yanaşı yaşı 20-30-dan yuxarı olanlar da qızılcanı ağır keçirməyə namizəddirlər”.
Həkimlər bir daha xəbərdarlıq edirlər: vaxt itirmədən peyvənd olunmaq lazımdır, çünki xəstəliyə yoluxandan sonra həmin peyvəndi etdirməyin heç bir əhəmiyyəti yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:03]
Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib
- 08.10.2026 [10:33]
Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO
- 08.10.2026 [10:16]
Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]