Qızılın üç aylıq qiymət proqnozu 3200 dollardan 3500 dollara qaldırılıb
Bakı, 21 aprel, AZƏRTAC
“Citi Research” analitikləri qızılın unsiyasının növbəti üç ay ərzində qiymət proqnozunu gözlənilən 3200 dollardan 3500 dollara qaldırıblar.
AZƏRTAC xəbər verir ki, ekspertlərin fikrincə, ABŞ-ın tətbiq etdiyi idxal rüsumlarının qlobal ticarətə təsiri ilə bağlı narahatlıqlar qiymətli metala marağı artırıb.
Bundan əlavə, Çinin hakimiyyət orqanları bu yaxınlarda on sığorta şirkətinə öz aktivlərinin 1 faizini qızıl almaq üçün ayırmalarına icazə verib ki, bu da illik təxminən 255 ton tələbat yarada bilər.
Qeyd edək ki, aprelin 21-də “Comex” birjasında qızılın iyun fyuçerslərinin qiyməti 2,3 faiz bahalaşaraq unsiyası 3403,9 dollara yüksəlib. İlin əvvəlindən bəri qiymətli metal 29 faizədək bahalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]