Qızlar arasında şahmat üzrə Bakı birinciliyi başa çatıb
Bakı, 13 fevral, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Respublika Şahmat Mərkəzində 2002-2003-cü il təvəllüdlü qızlar arasında şahmat üzrə Bakı birinciliyi başa çatıb.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda 4 xal toplayan Zəhra Tağıyeva qızıl medala sahib olub. Vəfa Əlibəyova 3,5 xalla yarışı ikinci, Mehin Əhmədova 3,0 xalla üçüncü yerdə başa vurublar. Mükafatçılarla yanaşı, dördüncü yeri tutmuş Ayan Əhmədova (2,5 xalla) bu ilin iyununda keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıb.
Yarışın bağlanış mərasimində Baş İdarənin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.
Yarışda ilk üç yeri tutmuş idmançılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]
“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır
- 30.09.2026 [09:25]
Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [21:10]