Qobustan məktəbliləri zərərli vərdişlər və narkomaniya barədə maarifləndiriliblər
Bakı, 12 aprel, AZƏRTAC
Qobustan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta məktəbdə “Zərərli vərdişlər və narkomaniya” mövzusunda maarifləndirici tədbir keçirilib.
Məktəblilərlə görüşdə çıxış edən rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Bəhruz Cabbarov narkotik vasitələrin və psixotrop maddələrin cəmiyyət, insan sağlamlığı üçün yaratdığı problemlərdən danışıb. Bəşəri bəla olan narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizə çərçivəsində görülən işlərdən, həyata keçirilən tədbirlərdən söz açıb.
Çıxış edənlər də narkomanlığın ziyanları ilə bağlı keçirilən təbliğat xarakterli görüşlərin əhəmiyyətini diqqətə çatdırıblar və bu bəlaya qarşı mübarizədə hər kəsin fəal olmasının vacibliyini vurğulayıblar.
Tədbirin sonunda məktəblilərin sualları cavablandırılıb və onların fikirləri dinlənilib.