Qran-Pri turnirinin birinci günündə beş cüdoçumuz tatamiyə çıxacaq
Bakı, 15 iyul, AZƏRTAC
Bu gün Xorvatiyanın Zaqreb şəhərində cüdo üzrə Qran-Pri turniri start götürür.
AZƏRTAC xəbər verir ki, turnirin birinci günü üç cüdoçumuz mübarizəyə başlayacaq. Belə ki, kişilər arasında keçirilən yarışda Kəramət Hüseynov (60 kq), Orxan Səfərov və Yaşar Nəcəfov (66 kq) güclərini sınayacaqlar.
Qadınların yarışında isə Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) çıxış edəcək.
Qeyd edək ki, üç gün davam edəcək Qran-Pri turnirində 69 ölkədən 500-dən çox idmançı mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]