Quba, 22 mart (AZƏRTAC, Elxan Yusifli). Martın 21-də axşam saatlarından başlayaraq Quba rayonunun bəzi dağ kəndlərinə qar yağmışdır.
AZƏRTAC xəbər verir ki, rayonun Xaltan kəndində qarın hündürlüyü 15 santimetrdən çox olmuşdur. Kənd sakinləri bayram günlərində yağan qarı “Novruz qarı” adlandırılar.