Qubada yeşik sexində qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanıb
Bakı, 1 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
Departamentdən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı Quba rayonu II Nügədi kəndində fəaliyyət göstərən yeşik sexində qanunsuz yolla əldə edilmiş 4,05 kubmetr həcmində fıstıq cinsinə məxsus meşə materialı aşkar olunub və meşə fonduna 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktla bağlı sexin sahibi Ramil Kərimov barəsində akt tərtib olunub.