Qüdsdə silahlı hücum nəticəsində dörd nəfər ölüb
Bakı, 8 sentyabr, AZƏRTAC
Qüdsdə avtobus dayanacağında baş verən silahlı hücum nəticəsində azı dörd nəfər həlak olub, 15-dən çox insan isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, “The Times of Israel” nəşri bu barədə hadisə yerində olan təcili yardım xidmətlərinə istinadla məlumat yayıb. Bildirilir ki, hücum zamanı yaralanan beş nəfərin vəziyyəti ağırdır və onlar xəstəxanaya yerləşdiriliblər. Digər yaralıların vəziyyəti yüngül və orta ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin öldürüldüyü bildirilir. Onların kustar üsulla modifikasiya olunmuş “Carlo” tipli silahdan istifadə etdikləri ehtimal olunur.
Hadisə ilə bağlı araşdırma başlayıb, əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]