QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ XEYRİYYƏ TƏDBİRİ KEÇİRİLMİŞDİR
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bayram münasibətilə aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə yardım edilmişdir. Bayıl, Badamdar, Bibiheybət, 20-ci sahə qəsəbələrində 2200 ailəyə qurban əti paylanmışdır.
Azərbaycan Gənclərinə Yardım Fondu və digər təşkilatlar da xeyriyyə tədbirinə qoşulmuşlar. Onların nümayəndələri yataq xəstələrinə baş çəkərək, onlara bayram payı vermişlər.
Yasamal rayonu ərazisində Qurban bayramı ilə bağlı tədbirlər rayon icra hakimiyyətinin və onlara qoşulan ictimai xeyriyyə təşkilatlarının vəsaiti hesabına keçirilmişdir.
Qurban kəsilmiş təxminən 200 baş heyvanın əti şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Böyük Vətən müharibəsi veteranlarına, Çernobıl əlillərinə, habelə aztəminatlı ailələrə paylanmışdır.