Qurban Qurbanov 17 yaşadək futbolçulardan ibarət yığmamızın üzvləri ilə görüşüb
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək 17 yaşadək futbolçulardan ibarət yığmamızın üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi yığmanın futbolçularına tövsiyələrini verib, seçmə mərhələ oyunlarında uğurlar arzulayıb.
Görüşdə milli komandaların meneceri İslam Abbasov və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov da iştirak ediblər.
Avropa çempionatının ilkin seçmə mərhələsində U-17-nin rəqibləri Albaniya, Norveç və İsrail yığmaları olacaq. Futbolçularımız oktyabrın 23-də Norveç, 3 gün sonra Çexiya, oktyabrın 29-da isə Albaniya komandası ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]