Qurban Qurbanov: “F91 Düdelanj” yetərincə güclü komandadır
Bakı, 12 iyul, AZƏRTAC
Oyuna yaxşı hazırlaşmışıq. Rəqib haqda kifayət qədər məlumatımız var, oyunlarını da canlı izləmişəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsində Lüksemburqun “F91 Düdelanj” komandası ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi deyib: “F91 Düdelanj” yetərincə güclü komandadır. Komandanın baş məşqçisi almaniyalıdır. Almaniya futbolunun nizam-intizamına uyğun oyunçular yığıb. Hər mövqedə yaxşı futbolçuları var, intizamlı oyun göstərirlər. Bunu özümüzü siğortalamaq üçün demirəm. Biz də yaxşı nəticə qazanmağa çalışacağıq”.
Bildirib ki, Reynaldonun meydanda olub-olmaması bəlli deyil. Həkimlərin fikrindən son qərar verəcəyik. Stadionun dolacağına inanıram. Hər kəsi stadiona dəvət edirəm.
Qeyd edək ki, “Qarabağ”-“F91 Düdelanj” oyunu iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]