Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qurtuluşdan tərəqqiyə: Müstəqillik dövründə Heydər Əliyevin yeni və müasir dövlət quruculuğu

Qurtuluşdan tərəqqiyə: Müstəqillik dövründə Heydər Əliyevin yeni və müasir dövlət quruculuğu

Bakı, 1 iyun, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü, hakimiyyətdaxili çəkişmələr, ağır sosial-iqtisadi böhranla qarşılaşmış ölkə bütün bunları aradan qaldıracaq liderə ehtiyac duyurdu. Xalq əmin idi ki, Azərbaycanı düçar olduğu vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəldi. Böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev müdrik qərarları, qətiyyətli addımları ilə ölkəmizi siyasi böhrandan və vətəndaş qarşıdurmasından xilas etdi.

İyunun 15-də Ali Sovetin sədri seçilən Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edərək bildirdi: “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.

1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə xalq Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Dahi Lider oktyabrın 10-da andiçmə mərasimində çıxışında dedi: “Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaqdır”.

Ümummilli Lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illərin ölkəmizin tarixinə yüksəliş dövrü kimi yazılıb. Tarixi şəxsiyyətin yorulmaz, məqsədyönlü, ardıcıl və qətiyyətli mübarizəsi nəticəsində ölkəmiz hərtərəfli inkişafa nail oldu. Ölkənin inkişafı üçün əsas şərt olan ictimai-siyasi sabitlik, sülh və əmin-amanlıq yaradıldı, demokratiyanın inkişafı, hüququn aliliyi, beynəlxalq birliyə inteqrasiya, bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti quruculuğuna keçid prosesini gerçəkləşdirdi. Dünyaşöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin müdrik xarici siyasəti, şəxsi nüfuzu sayəsində müstəqil Azərbaycan çox keçmədən beynəlxalq arenaya çıxa bildi. Onu dünyanın hər yerində hörmətlə qarşılayır, sözünü eşidirdilər.

Ulu Öndər qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadiminin gedişləri çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi.

Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıdışından sonra ölkədə vətəndaş müharibəsinə son qoyuldu, separatçılıq proseslərinin qarşısı qətiyyətlə alındı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi. Müstəqilliyimizin ilk illərində orduda hərc-mərclik, intizamsızlıq hökm sürürdü. Ulu Öndər 1994-cü ilin may ayında cəbhədə atəşkəsə nail oldu və Milli Ordunun formalaşması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan Silahlı Qüvvələrin yaradılması və torpaqlarımızın müdafiə edilməsi istiqamətində mühüm addımlar atdı. Ümummilli Lider işğal altında qalan torpaqlarımızın gec-tez düşməndən azad olunacağına əmin idi.

Azərbaycanın dövlət quruculuğunda və idarəçiliyində bütün sahələr üzrə daim inkişaf və tərəqqiyə aparan nəhəng işlərin memarı və qurucusu olan Heydər Əliyev ölkənin iqtisadi potensialının yaradılmasını dövlətin başlıca vəzifələrindən biri hesab edirdi. Bu baxımdan Ümummilli Liderin hər zaman aktual olan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” ideyası onun həyata keçirdiyi dövlət quruculuğu siyasətinin mərkəzində dururdu. Məhz Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə çox ciddi iqtisadi islahatlara başlanıldı. İlk növbədə iqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıldı. Ən əsası iqtisadiyyatımızın inkişafında neft amilinə böyük önəm verilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycan 1994-cü ildə investisiya qoyuluşu baxımından riskli ölkə sayılırdı. Xarici şirkətlər Azərbaycan neftinə sərmayə qoymağa tərəddüd edirdilər. Heydər Əliyev “Amoko”, “BP”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətləri inandıra bildi ki, Azərbaycana qoyulan sərmayə hədər getməyəcək. Beləliklə, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair “Əsrin müqaviləsi” adı almış neft kontraktları imzalandı. Bu, tarixi hadisə Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu. Azərbaycan neft ölkəsi olaraq tanınmağa başladı. Müqavilə digər sahələrdə çalışan şirkətlərin də ölkəmizə marağını artırdı.

Dahi rəhbər “Əsrin müqaviləsi”nin imzalanması mərasimində çıxışında bu sənədin əhəmiyyətinə toxunaraq deyib: “Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir”.

Çoxlarına gerçəkləşməsi inanılmaz görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan sonrakı illərdə əməkdaşlığın coğrafiyasını genişləndirməklə dünyanın enerji təhlükəsizliyinə davamlı töhfələr verən ölkə kimi nüfuz qazandı. Azərbaycanın müəllifi olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Azərbaycan bu gün də Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması, Ümummilli Liderin dahiyanə uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitlərinin səmərəli istifadəsinin təmin olunması bu gün ölkəmizin hərtərəfli inkişafına, iqtisadi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bu gün Azərbaycanın təşəbbüsçüsü və müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsinin, onun əsas tərkib hissələri olan TANAP və TAP-ın uğurla reallaşması ölkəmizi dünyanın, o cümlədən Avropanın enerji təminatında əsas söz sahiblərindən birinə çevirib.

Ümummilli Liderin ölkəyə rəhbərliyi dövründə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar nəticəsində ümumi daxili məhsul 71 faiz artdı. 1993-2002-ci illər ərzində Azərbaycanda istehsal və qeyri-istehsal sahələrinin inkişafına 8,2 milyard manat sərmayə cəlb edildi. Sürətlə artan inflyasiyanın dayandırılması, xarici ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi, ticarət dövriyyəsinin 1993-cü illə müqayisədə 2,8 dəfə artaraq 3,8 milyard ABŞ dollarına çatması ölkədə davamlı inkişafa imkan yaradan yeni iqtisadi münasibətlər sisteminin qurulmasının nəticəsi idi. Ümummilli Liderin nəticəyə hesablanmış siyasəti sayəsində Azərbaycanın milli inkişaf strategiyasının ən mühüm parametrlərindən biri - güclü milli iqtisadiyyatın qurulması istiqamətində ciddi uğurlar əldə edildi.

Milli iqtisadiyyatın hasilat sənayesi ilə yanaşı, digər iqtisadiyyat sahələrinin - qeyri-neft sektoru sahələrinin inkişafı proseslərinin təməli qoyuldu. Neftdən gələn gəlirlərin hesabına milli iqtisadiyyatın müxtəlif sahələrinin modernizasiya prosesləri həyata keçirildi. Ölkədə genişmiqyaslı abadlıq-quruculuq işlərinin və tədbirlərinin görülməsi sürətləndirildi. Rəqabət qabiliyyətli infrastruktur şəbəkəsinin yaradılması təmin olundu. Güclü dövlət ideyasına sadiq qalan Ulu Öndər Heydər Əliyev, ilk növbədə, sosial problemlərin həlli sahəsində dövlətin aparıcı rolunun artırılmasına xüsusi diqqət yetirdi. Belə ki, 1994-cü il 15 iyun tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında“ və “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 1994-cü il 24 oktyabr tarixli fərmanları əhalinin sosial rifahının yaxşılaşdırılması üçün mühüm hüquqi-normativ baza yaratdı. Ayrı-ayrı kateqoriya üzrə şəxslərin sosial müdafiəsi istiqamətində müxtəlif qanunlar-“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında” və s. hüquqi sənədlər qəbul edildi. Nəticədə şəhid ailələrinin, müharibə və 20 Yanvar əlillərinin, qaçqın və məcburi köçkünlərin, veteranların sosial təminatı daha da gücləndirildi.

1995-ci ildə Azərbaycanın yeni Konstitusiyası qəbul olunduqdan sonra cəmiyyət həyatının bütün sahələrində köklü islahatların reallaşdırılmasına başlandı, ölkədə çoxpartiyalı siyasi sistem formalaşdırıldı, fikir plüralizmi, söz və məlumat azadlığı təmin edildi. Konstitusiyamızın müəllifi məhz Ümummilli Lider Heydər Əliyevdir. Ana Qanunumuz dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr olunub. Elə həmin dövrdə Azərbaycan Respublikası Milli Məclisinin 1-ci çağırış seçkiləri keçirildi. Bununla da ölkədə demokratik hüquqi dövlət quruculuğu prosesinin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, respublikamızda sosial-iqtisadi islahatların aparılması, vətəndaşlarımızın rifahının yaxşılaşdırılması üçün əsaslar yaradıldı.

İnsan hüquqlarının qorunmasına müstəsna diqqət ayıran Ümummilli Liderin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanında bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilib, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılıb. Bu istiqamətdə Azərbaycan parlamenti bir sıra beynəlxalq konvensiyaları ratifikasiya edib.

Ulu Öndər Heydər Əliyevin dövlətin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri kimi, şübhəsiz, Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu ölüm cəzasının tamamilə ləğv edilməsi, söz və mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması dahi rəhbərin demokratik dəyərlərə verdiyi önəmin ifadəsi və onun böyük mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiq edən çoxsaylı faktlardandır. Bundan sonra insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılırdı. Heydər Əliyev 1993-2003-cü illərdə 32 əfv, 8 amnistiya aktı imzalamaqla humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirdi. Bu, həm də Azərbaycan dövlətinin humanizm prinsiplərinə verdiyi dəyərin göstəricisidir. Məhz Ulu Öndərin respublikaya rəhbərliyi dövründə ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində məhkəmə islahatlarının keçirilməsi, Konstitusiya Məhkəməsinin, ombudsman təsisatının yaradılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi elan edilməsi, hüquq mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və yüzlərlə bu sıradan olan siyasi-hüquqi islahatlar nəticəsində Azərbaycan, sözün əsl mənasında, demokratik-hüquqi dövlətə çevrilib.

Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin əsasında dayanan ən vacib amillərdən biri xalqın tarixi yaddaşının özünə qaytarılması idi. O, azərbaycançılıq ideologiyasının təkmilləşdirilməsini bütün dövrlərdə qarşıya əsas vəzifə kimi qoyurdu. Ulu Öndər həm də milli şüurla dövlətçilik şüurunu birləşdirmək kimi ən müqəddəs vəzifəni yerinə yetirib. “Biz həmişə azərbaycançılıq ideyası ətrafında birləşməliyik” deyən dahi şəxsiyyət “azərbaycançılıq məfkurəsi”ni yaratmaqla, mənəvi dəyərlərimizi bütün ölkə miqyasında birləşdirərək ictimai varlığımızın ayrılmaz tərkib hissəsinə çevirib. “Dünya azərbaycanlıları” anlayışı, dünya azərbaycanlılarının birlik kimi gücünün-qüdrətinin dəyərləndirilməsi də Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən - 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edib, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabr ayının 16-da hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi haqqında qərar qəbul edib. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 2001-ci ildə Ümummilli Liderin Sərəncamına uyğun olaraq noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Ondan sonrakı dövrlərdə hər 5 ildən bir Dünya Azərbaycanlılarının qurultayları keçirilərək soydaşlarımızın birliyinin və həmrəyliyinin daha da möhkəmləndirilməsinə xidmət edən addımlar atıldı, təşəbbüslər irəli sürüldü.

2003-cü il prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev qarşıda dayanan vəzifələri açıqlayaraq belə bir çağırışı səsləndirdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün Azərbaycan dövləti özünün çoxəsrlik tarixinin ən sürətli inkişaf və yüksəliş dövrünü yaşayır. Azərbaycan Cənubi Qafqazın lideri, bütün dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlətdir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursda insan amili, əhalinin sosial müdafiəsi prioritet təşkil edir. Əhalinin sosial maraqlarının təminatı, xüsusən aztəminatlı insanların sosial müdafiəsi, şəhid və qazilərin, qaçqın və məcburi köçkün ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, ölkənin iqtisadi potensialının, ilk növbədə, xalqın rifahına yönəldilməsi dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Dünya hərb tarixinə yeni səhifə yazan Ordumuz nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Bu möhtəşəm Qələbəmiz ermənilərin uzun illər ərzində yaratdıqları mifləri dağıtdı. Dünya bir daha gördü ki, güclü, qüdrətli ordu Azərbaycan Ordusudur. Yenilməz, məğrur, qurucu xalq Azərbaycan xalqıdır. Prezident İlham Əliyev adını tarixə Zəfərimizin memarı kimi qızıl hərflərlə yazdırmaqla Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı doğrultdu. Bu Qələbə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin yaradılması və möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu, milli iqtisadiyyatın dirçəldilməsi və inkişaf etdirilməsi istiqamətində görülmüş irimiqyaslı işlərdən başlayıb. Torpaqlarımızın işğaldan azad edilməsi Heydər Əliyevin neft strategiyasının əsas məqsədlərindən biri idi.

Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfər Azərbaycanın çoxəsrlik tarixində ən parlaq hadisədir. Otuz il əvvəl dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə dönüşü ilə ölkəmizdə başlanmış yeniləşmə və inkişafın, Prezident İlham Əliyevin xalqımıza qazandırdığı tarixi Zəfərin işığında yeni bir mərhələyə yüksələn Azərbaycan daha böyük gələcəyin geniş üfüqlərinə doğru addımlamaqdadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər