Qurumuş ağaclar yeniləri ilə əvəz olunub
Bakı, 1 aprel, AZƏRTAC
“Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başladığı yaz ağacəkmə kampaniyası çərçivəsində Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yenisi ilə əvəzlənməsi aksiyası keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhər İcra Hakimiyyəti ilə birgə keçirilən aksiya zamanı Səbail, Nəsimi və Yasamal rayonlarının Şeyx Şamil, Səid Rüstəmov, İstiqlaliyyət, Əhməd Cavad, Lermontov, Zərifə Əliyeva və Murtuza Muxtarov küçələrində qurumuş və təhlükə yaradan ağacların yerinə xan çinarı, şam və sərv ağacları əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlardan qurumuş və təhlükə yaradan ağaclarla əlaqədar 168 nömrəli “Qaynar xətt”ə məlumat verməyi xahiş edir.