CƏMİYYƏT
Qusar rayonunda silsilə oğurluqlar edən keçmiş məhkum tutulub
Bakı, 27 noyabr, AZƏRTAC
Qusar rayonu ərazisindəki mağazaların birindən 700 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Hil kənd sakini, əvvəllər məhkum olunmuş D.Mürşüdov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun barəsində aparılan tədbirlərlə həmin şəxsin daha bir evdən 100 manat məbləğində pul, 1800 manat dəyərində qızıl-zinət əşyaları və bir mağazadan 150 manat məbləğində pul, tütün məmulatı oğurlaması da müəyyənləşib.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən təhqiqat davam edir.