Qusarda yeniyetmələr arasında cüdo üzrə zona yarışı start götürüb
Bakı, 16 mart, AZƏRTAC
Qusarda yeniyetmələr (U-15) arasında cüdo üzrə növbəti zona birinciliyi start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi Natiq Bağırov və Qusar Şəhər Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov Azərbaycanda idmanın, xüsusilə cüdonun inkişafından danışıb, yeniyetmə və gənclərin idmana marağının artırılmasının diqqət mərkəzində saxlanıldığını bildiriblər. Bölgələrdə keçirilən yarışların idmanın kütləviləşməsi, Azərbaycanı beynəlxalq turnirlərdə təmsil edəcək idmançıların yetişməsi baxımından rolu xüsusi vurğulanıb.
Yarışda şimal-şərq regionunu təmsil edən 7 komandanın heyətində 153 idmançı mübarizə aparır.