Qusarda yük və minik avtomobilləri toqquşub, 4 nəfər yaralanıb – YENİLƏNİB
Qusar, 9 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 9-u axşam saatlarında Qusar rayonunun Hil kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "ZİL" markalı yük maşını ilə “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır xəsarət alıb.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Onlardan 3-ü kişi, 1-i qadındır.
Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir, onların müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
18:55
Dekabrın 9-u axşam saatlarında Qusar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ağır xəsarət alıb.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Onlardan 3-ü kişi, 1-i qadındır.
Yaralıların vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.