Qustavo Merino: Dopinq problemi indi həvəskar idmançılar arasında daha çox müşahidə olunur
Bakı, 2 iyul, AZƏRTAC
İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiya çərçivəsində keçirilən nizamnamə iclaslarında iştirak etmək üçün Bakıda olmaqdan çox məmnunam.
AZƏRTAC xəbər verir ki, bu sözləri UNESCO-nun Sosial siyasət və inklüzivlik üzrə direktoru Qustavo Merino Bakıda UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyası çərçivəsində İdmanda Dopinqin Aradan Qaldırılması Fondunun Təsdiq Komitəsinin üçüncü rəsmi iclası barədə danışarkən deyib.
Onun sözlərinə görə, Konvensiyanın əsas məqsədi dopinqin və idmanda digər neqativ halların qarşısının alınmasını təmin etməkdir: “Belə hallar təkcə idmanın dürüstlüyünə və “fair play” prinsiplərinə zərər vurmur, eyni zamanda, idmançıların sağlamlığına və rifahına mənfi təsir göstərir. Bu problem artıq həvəskar idmançılar arasında da getdikcə daha çox müşahidə olunur”.
Qustavo Merino forumun təşkilinə görə Azərbaycana təşəkkür edib və mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıldığını söyləyib: “Forum çərçivəsində idmanda dürüstlüyün təşviqi, Konvensiyanın icrası və təmiz idmanın daha da gücləndirilməsi istiqamətində aktual məsələləri müzakirə etdik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [15:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb
- 02.07.2026 [15:02]
“Kəpəz” yarımmüdafiəçisi ilə vidalaşıb
- 02.07.2026 [14:07]
Basketbol millisinin baş məşqçisi: Lüksemburqla görüş həlledici olacaq
- 02.07.2026 [13:22]
Fərid Qayıbov: Bakıda mühüm qərarlar qəbul edildi VİDEO
- 02.07.2026 [12:43]
“Sumqayıt” Futbol Akademiyasının yeni direktoru bəlli olub
- 02.07.2026 [12:41]