Azərbaycan Dövlət İnformasiya Agentliyi

RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRİ ƏLİ ABBASOVUN ÇIXIŞI

Rabitə və informasiya texnologiyaları naziri ƏLİ ABBASOV dövlətimizin başçısının xüsusi önəm verdiyi informasiya və kommunikasiya texnologiyaları sistemində baş verən yeniliklər və nəzərdə tutulan genişmiqyaslı tədbirlər barədə məlumat verdi:

-Möhtərəm cənab Prezident!

Sizin rəhbərliyiniz altında aparılan məqsədyönlü və səmərəli sosial-iqtisadi siyasətin nəticələri digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də davamlı və dayanıqlı olaraq müşahidə edilməkdədir.

Belə ki, son illər İKT sahəsindəki 30-35 faizlik orta illik artım sürəti bu ilin hesabat dövrü üçün təxminən 20 faiz təşkil etmişdir ki, bu da dünya üzrə göstəricidən 2 dəfə çoxdur. Hesabat dövründə İKT üzrə ümumi gəlirlərin həcmi 307 milyon manat, ÜDM-dəki xüsusi çəkisi isə təxminən 1,6 faiz təşkil etmişdir. Bu, əsas etibarilə son 3 ildə ölkəmizdə neft sektorunun sürətli inkişafı ilə, digər tərəfdən isə, İKT gəlirlərinin hesablanmasında müəyyən qeyri-müəyyənliklərin və çətinliklərin olması ilə əlaqədardır. Beynəlxalq məsləhətçi şirkətin təhlilinə əsasən isə, Azərbaycanda İKT-nin ÜDM-dəki payı təxminən 4-5 faiz ətrafındadır. Gəlirlərin 76,1 faizi özəl sektorun payına düşür.

Əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 3,5 faiz təşkil etmişdir ki, bu da keçən ilin müvafiq göstəricisindən 35 faiz, hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı isə 10-a bərabər olmuşdur ki, bu da ötən ilin müvafiq göstəricisindən 25 faiz çoxdur. Məlumat üçün bildirim ki, hələlik bu rəqəmlər dünya üzrə orta göstəricilərdən aşağıdır.

Sektorda orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artaraq təxminən 300 manat təşkil etmişdir ki, bu da ölkə üzrə orta aylıq əmək haqqından təxminən 60 faiz çoxdur. Lakin bununla yanaşı, qeyd edim ki, poçt sahəsi üzrə orta aylıq əmək haqqı ölkə üzrə orta aylıq əmək haqqından təxminən 2 dəfə aşağı olmaqla 80 manat təşkil edir. Hazırda 1396 poçt işçisinin aylıq əmək haqqı müəyyən olunmuş minimum səviyyədə, yəni 50 manatdır.

Sektor üzrə 56,9 milyon manat investisiya qoyuluşu həyata keçirilmişdir ki, bu da ümumən ölkə üzrə iqtisadiyyata yönəldilmiş investisiyanın 2,1 faizini təşkil edir. Xatırladım ki, bu göstərici ötən ilin müvafiq dövründə 78,2 milyon manat olmuşdur.

İlin əvvəlinə nisbətən əsas telefon aparatlarının sayının 54 min ədəd artaraq 1 milyon 231 min təşkil etməsinə baxmayaraq, bu göstərici üzrə Azərbaycan müəyyən qədər geri qalır. Hazırda bu göstərici dünyada hər 100 nəfərə görə orta hesabla 20,2, Azərbaycanda isə 14,4-dür.

Ölkə üzrə mobil abunəçilərin sayı ilin əvvəlinə nisbətən 900 min, yəni 28 faiz artaraq, 4 milyon 200 min olmuşdur. Yəni hər 100 nəfərə təxminən 50 mobil abunəçi düşür. Ümumiyyətlə, bu göstərici üzrə Azərbaycan MDB ölkələri arasında ikinci yerə yüksəlmişdir. Yeni mobil operator “Azərfon” mobil rabitə bazarına uğurla daxil olmuş və qısa müddət ərzində abunəçilərinin sayını 100 minə çatdırmışdır.

Dünya İqtisadi Forumunun dərc etdirdiyi hesabata əsasən, Azərbaycan 2006-2007-ci illər üçün qabaqcıl informasiya-kommunikasiya texnologiyalarından istifadə səviyyəsinə görə 122 qabaqcıl ölkə arasında 71-ci yeri tutmuşdur. Azərbaycan bu siyahıda Rusiyadan sonrakı sıranı tutaraq bir çox nüfuzlu ölkələri, o cümlədən Bolqarıstan, Qazaxıstan, Serbiya, Ukrayna, Misir, Pakistan, Moldova kimi ölkələri arxada qoymuşdur. Müqayisə üçün deyim ki, 2004-cü ildə respublikamız heç 140 ölkə arasına da düşməmişdi.

Süni peyk, kabel və efir televiziya yayımından istifadə genişlənmiş, dövlət və İctimai televiziya və radio yayımının əhatə dairəsi ölkənin təxminən 95-100 faiz əhalisini, özəl şirkətlər 50-60 faizini, kabel televiziya isə əsasən, Abşeron yarımadasını əhatə edir. Lakin etiraf etməliyəm ki, efirin texniki vəziyyəti müasir tələblərə cavab vermir və bu da əsasən özəl şirkətlərin maliyyə vəziyyəti ilə əlaqədardır.

Azərbaycan internet məkanının dünyanın əsas portları ilə əlaqəsi hesabat dövründə dəfələrlə artırılaraq, 6 GB/san. çatdırılmış və internet xidmətlərindən istifadə haqları bir neçə gün bundan əvvəl təxminən 2 dəfə azalmışdır. Beləliklə, ölkəmiz bu sahədə regionda aparıcı funksiyaları öz əlinə almışdır. Radiotezliklər spektrinin idarə olunması və səmərəli və təhlükəsiz istifadəsi üçün yeni avtomatik idarəetmə sistemi tətbiq edilmişdir. Lakin bütün ölkə fəzası üzrə tam operativ nəzarət hələlik layihələndirmə mərhələsindədir.

Poçt sistemində əsasən Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində görülən işləri qeyd etmək istərdim. Bu işlərin reallaşması poçt sistemi üçün yeni şəbəkə infrastrukturunun qurulması, sistemin genişləndirilməsi və nəticədə poçtun köklü şəkildə dəyişdirilərək ona maliyyə, bank və elektron hökumət xidmətlərinin verilməsi kimi yeni bir status verəcəkdir. Layihə əsasən bu il başa çatacaq və 2008-ci ildən tətbiq olunmağa başlanacaqdır.

Bütün bunlarla bərabər, onu da etiraf etməliyəm ki, iqtisadiyyatın şaxələndirilməsində və onun gələcək davamlı inkişafının təminatında böyük ümidlər bəslədiyimiz və cənab Prezident, Sizin tərəfinizdən prioritet sahə elan olunan İKT sektorunun bu cür sahə kimi bugünkü inkişaf sürəti o qədər də qənaətbəxş deyildir. Elə ona görə də nazirlik Sizin tapşırığınızla bir ildən çoxdur ki, ölkəmizdə İKT sektorunun qabaqlayıcı inkişafı üçün iqtisadi tədbirlər paketinin hazırlanmasını beynəlxalq və yerli ekspertlər qrupuna və xarici məsləhətçi şirkətə sifariş etmişdir. Nəhayət, məsləhətçi şirkət “Bus Alen Hamilton” tərəfindən hazırlanmış təkliflər paketi iyun ayında Sizə təqdim edilmişdir. Bu işi İKT sahəsində hesabat dövrü üçün ən vacib nəticə hesab etmək olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb