“Rabitəbank” bu gündən etibarən kartların ünvana çatdırılmasına başlayır, həm də pulsuz
“Rabitəbank” rahat bankçılıq şüarı ilə müştərilərinə xoş təəccüblər yaşadır
Artıq hər kəs rahat şəkildə “Kartmane” sahibi olacaq. Bank öz unikal məhsulundan yararlanmaq istəyən müştərilərin sağlamlığı və təhlükəsizliyi üçün çatdırılma imkanını təqdim edir. Bu gündən etibarən sifariş verilən “Kartmane” kartları müştərilərin qeyd etdiyi ünvana “Rabitəbank” tərəfindən çatdırılacaq. Qeyd edək ki, bankın rəsmi saytı, “Rabitəbank” mobil tətbiqi ilə yanaşı, “Telegram” və “Facebook” messencerdə “RabitəBot” üzərindən sifariş verilən “Kartmane”lərə aiddir.
(Kart sifarişi üçün: www.bit.ly/Kartmane )
Özündə çoxlu sayda üstünlükləri toplayan unikal “Kartmane” kartı ilə müştərilər fərqli cashback növlərindən birini seçə bilərlər. Bu cashback növlərindən - bütün dünyada istənilən YDM-lərdən 10 faizədək, kafe və restoranlardan 5 faiz cashback, bütün ödənişlərə 2 faiz cashback, bütün market ödənişlərinə 5 faizədək cashback - birini seçən “Kartmane” sahibi “Rabitəbank” mobil tətqibi vasitəsiylə istədiyi vaxt cashback növünü dəyişə bilər.
Bununla yanaşı, müştərilər “Rabitəbank”ın durmadan artan partnyor şəbəkəsində tam 25 faizə qədər əlavə cashback qazana bilərlər. Müştərilər “Kartmane” kartlarındakı vəsait qalıqlarına 6 faizədək gəlir əldə edərək istədikləri vaxt öz vəsaitlərini komissiyasız nağdlaşdıra biləcəklər.
Daha ətraflı məlumat üçün “https://rabitabank.com/Kartmane” linkinə daxil olaraq tanış ola bilərsiniz.
“Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, “İnternet Bankinq” və “RabitaBot” adlı çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.