RADİOMONİTORİNQ SİSTEMİNİN TƏŞKİLİ ÜZRƏ MÜZAKİRƏLƏR APARILIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları sentyabrın 10-da, Almaniyanın Hamburq və Münhen şəhərlərində səfərdədirlər.
Alman mütəxəssisləri ilə görüşlərdə Azərbaycanda radiomonitorinq sisteminin təşkili ilə bağlı müzakirələr aparılır, Almaniyanın bu sahədə təcrübəsi öyrənilir.
Səfər sentyabrın 16-dək davam edəcəkdir.