Ramin Bayramlı: Bəzi günlərdə paytaxtdakı xüsusi rejimli xəstəxanalarda 85 faizədək doluluq qeydə alınıb
Bakı, 18 iyun, AZƏRTAC
Son günlər Bakıdakı xüsusi rejimli xəstəxanalarda 85 faizədək doluluq yaşadığımız vaxtlar olub. Bu, bizi narahat edir. Bu zaman əlavə tibb müəssisələrinin çarpayı fondunun daxil edilməsi zərurəti yaranır.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O, həmçinin bildirib: “Bu zaman dərhal digər planlar işə salınır. Hazırlanmış mütəxəssislər cəlb olunur. Modul tipli xəstəxanalardan ilki tam sınaqdan çıxarılıb və fəaliyyətə başlayıb. Plan üzrə paytaxtda və sıxlıq müşahidə olunan digər rayonlarda əlavə xəstəxanalar cəlb edilib, çarpayı fondu genişləndirilib. Məqsədimiz vətəndaşlarımızın heç birinin evdə baxımsız şəkildə qalmaması və onların tibb müəssisələrinə cəlb edilərək müalicə almasıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]