Ratomir Deliç: Şuşada daha yaxşı çıxış etdiyimizi düşünürəm
Şuşa, 13 iyun, Leyla Muradzadə, AZƏRTAC
Şuşada keçirilən turnirin qalibi olduğumuz üçün çox xoşbəxtəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşada keçirilən 3x3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışının qalibi olan Bakının “Neftçi” klubunun baş məşqçisi Ratomir Deliç jurnalistlərə açıqlamasında deyib.
Baş məşqçi bildirib ki, idmanda nəticəni əvvəldən bilmək olmur. Amma biz istənilən oyuna yalnız qalib gəlmək üçün hazırlaşırıq. Astara mərhələsində yaxşı çıxış edə bilmədik. Çünki hazırlıq üçün vaxtımız az oldu. Mövsüm yenicə başa çatmışdı və aparıcı oyunçularımız yorğun idilər. İki mərhələ arasında fərq oldu. Düşünürəm ki, bu dəfə daha yaxşı çıxış etdik.
Qeyd edək ki, turnirdə Azərbaycan, Almaniya, Rumıniya, Türkiyə, Niderland, Macarıstan milli komandaları, Bakının “Neftçi” və Yaponiyanın G FLOU klubları mübarizə aparıblar. Finalda Niderland yığmasını 20:12 hesabı ilə məğlub edən “Neftçi” klubu turnirin qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]