Azərbaycan Dövlət İnformasiya Agentliyi

RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

AZƏRTAC xəbər verir ki, oktyabrın 7-də Olimpiya-İdman Kompleksinin açılışından sonra Prezident İlham Əliyev Biləsuvar rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

4 nömrəli şəhər orta məktəbinin müəllimi, Rayon Ziyalılar Cəmiyyətinin sədri SAHİBƏLİ MİRZƏYEV dövlətimizin başçısına müraciətlə dedi:

- Cənab Prezident, bizim Biləsuvar şəhərinə xoş gəlmisiniz, səfa gətirmisiniz. Qədəmləriniz mübarək olsun!

Biləsuvar camaatı Sizi həmişə səbirsizliklə, intizarla gözləmişdir. Şükürlər olsun ki, bu gün Siz Biləsuvar torpağındasınız, bizimlə bir yerdəsiniz. Bu, bizi çox şad etdi. Biləsuvarlılar indi sevinc içərisindədirlər və Sizi salamlamağa da həmişə şaddırlar.

Siz Prezident olduğunuz dövrdə bütün fəaliyyətinizi respublikamızın sosial-iqtisadi inkişafına, tərəqqisinə sərf etmisiniz. Bunun sayəsində Azərbaycan dünyada tanınmış bir dövlətə çevrilibdir. İndi Azərbaycanın bütün dünyada imici var, ad-sanı var, Azərbaycanla hesablaşırlar. Elə bir problem, məsələ yoxdur ki, - istər regional məsələ, istər dünya məsələsi olsun, - Azərbaycanın sözü eşidilməsin və Sizin fikriniz, rəyiniz nəzərə alınmasın. Bu, bizim hamımızı çox şad edir. Ona görə də respublikamızın gələcəyi naminə Sizə uzun ömür, cansağlığı arzu edirik.

Cənab Prezident, Siz xalqın rifahı naminə öhdənizə çox böyük vəzifələr götürmüşdünüz - 600 min yeni iş yerinin açılması, regionların sosial-iqtisadi inkişafının təmin olunması, yoxsulluğun minimum həddə endirilməsi. Ən başlıcası isə, hər bir vətəndaşın Prezidenti olacağınıza söz vermişdiniz. Şükürlər olsun ki, bu, indi həyatda öz əksini tapıbdır. Ancaq bunlar çətin məsələlər idi. Bunu hamı qəbul edə bilmirdi. Buna şübhə ilə yanaşanlar, hətta onu qəbul etməyənlər də tapılmışdı. Amma Siz bir Prezident kimi nə edəcəyinizi bilirdiniz. Siz realist Prezidentsiniz. Ona görə də nə edəcəyinizi bilirdiniz və çox şükürlər olsun ki, qarşıya qoyduğunuz problem məsələlərin hamısı yüz faiz, hətta artıqlaması ilə yerinə yetirilmişdir. Bu, bizim hamımızı çox şad edir.

Cənab Prezident, Siz 2006-cı ilin avqust ayında Biləsuvarda olmuşdunuz. Onda Biləsuvarın sosial-iqtisadi inkişafını vurğulamış və gələcəkdə də rayonun inkişafına yardım göstərəcəyinizə söz vermişdiniz. İndi şükürlər olsun, bizim Biləsuvar şəhərini tanımaq mümkün deyildir. Mənim 70 yaşım var. Burada doğulmuşam, burada da yaşayıram, sadə bir müəlliməm. Ancaq bu tərəqqi məni heyran etməyə bilmir. Bizim Biləsuvar şəhərində belə bir tərəqqi olmamışdır. O da Sizin xidmətinizin, fədakar əməyinizin nəticəsidir. Siz xalqımızın yolunda fədakarlıq göstərirsiniz. Bunu qiymətləndirmək lazımdır, xalqımız bunu edir və Sizi çox sevir. Sizin qədər işləyən Prezident yoxdur və bu, bizim fəxrimizdir.

Biz Sizinlə bütün dünyada fəxr edirik. Siz beynəlxalq aləmə çıxanda Sizinlə fəxr edirik. Belə Prezident bizə lazımdır, xalqımızın Sizə ehtiyacı var. Biz həmişə bu ehtiyacı hiss etmişik. Bizə həmişə qayğı göstərmisiniz.

Bizim Biləsuvar şəhərində gedən tərəqqi, inkişaf göz qabağındadır. Burada böyük süd zavodu istifadəyə verildi. Bu, iqtisadi inkişafın təzahürüdür. Məktəb-lisey açılıbdır. Bu da xalqa, xalqın balalarına göstərdiyiniz qayğının təzahürüdür.

Nə qədər binalar, nə qədər sosial obyektlər tikilib, istirahət parkları salınıbdır. Heydər Əliyevin adını daşıyan istirahət parkımız respublikada ən gözəl, nümunəvi parklardan biridir. Bunlar hamısı Sizin xidmətlərinizdir.

Cənab Prezident, bizim rayonun, demək olar ki, ehtiyacı təmin olunubdur. İnsanların rifah halı yaxşılaşıb, real gəlirləri artıb, əmək haqqı dəfələrlə artıbdır. Kənd təsərrüfatı işçilərimiz, necə deyərlər, xarüqələr yaradırlar. Bizim işıq problemimiz, qaz problemimiz də yoxdur. Əgər mümkünsə, bizim Biləsuvar əhalisinin bir arzu və istəyini Sizə çatdırmaq istəyirəm.

İLHAM ƏLİYEV: Buyurun.

SAHİBƏLİ MİRZƏYEV: Biləsuvar aqrar rayondur. Burada pambıqçılıq, taxılçılıq, maldarlıq geniş yayılıb və son vaxtlarda bu sahələrdə böyük tərəqqi əldə edilibdir. Ancaq su problemi meydana çıxıbdır. Biləsuvar rayonu, demək olar ki, bütünlüklə mexaniki suvarma üsuluna əsaslanır. Ona görə bu, Biləsuvar camaatının arzusudur və mən bunu Sizə çatdırıram. Camaatımız adından xahiş edərdim ki, imkan daxilində bizim rayona bu məsələdə kömək göstərəsiniz.

Cənab Prezident, Siz həqiqətən xarüqələr yaradırsınız. Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, - mən deyərdim ki, xanımlar xanımı - Mehriban xanıma da öz səmimi təşəkkürümüzü bildiririk. Çünki burada nə qədər məktəb tikilib, nə qədər məktəb yenidən qurulubdur. Mən 4 nömrəli məktəbdə işləyirəm. Bu məktəb müasir tələblərə cavab verən qaydada yenidən qurulubdur. İndi adam binaya girəndə ruh yüksəkliyi hiss edir. Bu, bizim gənclərimizə Sizin qayğınızdır. Qarşısında durduğumuz idman kompleksi də həmçinin. Respublikada başdan-başa idman kompleksləri tikilir. İndi bizim rayonda da var. Buna görə də Sizə çox minnətdarıq. Bu, bizim gənclərimizə çox böyük qayğıdır. Bizim gənclərimizin, idmançılarımızın səsi dünya miqyasından gəlir. Tokiodan, Çindən, Afinadan gəlir. Müxtəlif yarışlarda idmançılarımız çox böyük uğurlar qazanırlar. Bu, Sizin xidmətinizdir. Xüsusilə müəllimlərə çox diqqət yetirirsiniz. Allah Sizə ömür versin, cansağlığı versin. Azərbaycanın səadəti naminə Sizə uzun ömür, cansağlığı arzulayırıq.

İLHAM ƏLİYEV: Xoş sözlərinizə görə çox sağ olun. Mən çox şadam ki, son illər Biləsuvarda işlər çox yaxşı gedir. Siz qeyd etdiniz, iki il bundan əvvəl mən gəlmişdim. Xatırlayırsınız, ondan əvvəlki dövrdə, 2003-cü ildə və ondan sonra da Biləsuvarda dəfələrlə olmuşam. Burada bu gün gördüyümüz binaların heç biri yox idi. İki il ərzində bu gözəl Olimpiya-İdman Kompleksi tikilibdir və bu gün açılışını qeyd etdik. Bizimlə üzbəüzdə ən müasir məktəb tikilibdir. Ən qabaqcıl texnologiyalarla təchiz edilmiş və memarlığı ilə fərqlənən gözəl məktəbdir. Siz qeyd etdiniz, bu gün mən süd zavodunun açılışında iştirak etdim, nadir bir zavoddur. İlk dəfədir ki, Azərbaycanda quru süd istehsal edən zavod tikilibdir. Demək istəyirəm ki, həm Azərbaycanın müxtəlif bölgələrində, həm də regionun başqa ölkələrində süd zavodları var. Amma quru süd istehsal edən zavod bir dənədir. Bu zavod Azərbaycanın bütün tələbatını təmin edəcək və eyni zamanda çox gözəl və böyük ixrac potensialına da malikdir. Bu, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması üçün çox mühüm bir addımdır. Onu göstərir ki, həm yerli, həm də xarici investorlar, iş adamları Azərbaycana çox böyük həvəslə vəsait qoyurlar. Çox sevindirici hal odur ki, indi yerli investorlar daha fəaldırlar.

Azərbaycanda investisiya qoyuluşunun həcminə baxsaq görərik ki, daxili investisiyalar böyük fərqlə xarici investisiyaları üstələyir. Nəyin hesabına? Çünki həm dövlət siyasəti düzgün aparılır, həm iş adamlarına şərait yaradılır. Biznesin inkişafı üçün yaxşı imkanlar var və insanlarımızın alıcılıq qabiliyyəti artır. Bunun da müxtəlif səbəbləri var, o cümlədən, siz qeyd etdiyiniz kimi, maaşların artırılması, biznes üçün yaxşı şəraitin yaradılması. Azərbaycan indi biznes aparmaq üçün bir nömrəli islahatçı dövlətdir. Bunu Dünya Bankı bəyan etmişdir. Yəni bütün bu amillər bizi gücləndirir. Ölkəmiz güclənir, rayonlarda inkişaf gedir, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası demək olar ki, başa çatıbdır. Beş il üçün nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıbdır. Siz bunu Biləsuvar rayonunun timsalında görürsünüz. Nəinki burada, bütün başqa rayonlarda böyük inkişaf, böyük tərəqqi, böyük irəliləyiş var. İnfrastruktur layihələri icra olunur, sosial məsələlər həll edilir, iş adamları üçün şərait yaradılır.

Bax, yəqin siz də bilirsiniz, indi Bakıdan Biləsuvara və Astaraya qədər yeni yol çəkilir və o yolun təxminən 20-30 kilometri hazırdır. Hamı da görür ki, nə gözəl yoldur, dünyanın ən yüksək standartlarına cavab verən yoldur. İnsanlara rahatlıq gətirəcək, biznesin inkişafına daha da böyük təkan verəcəkdir. İndi bizi bütün istiqamətlərdə başqa ölkələrlə birləşdirən yollar tikilir. Bu, infrastrukturdur, bunu dövlət edir. Elektrik stansiyalarını dövlət yaradır. Biznesin inkişafı üçün, insanların yaşaması üçün bütün başqa şəraiti dövlət yaradır. O cümlədən məktəb tikintisini qeyd etdiniz, siz müəllimsiniz. Burada son illər ərzində bir neçə məktəb tikilib, təmir edilib və hamısı yaxşı təchiz olunubdur. Növbəti illərdə də bu, nəzərdə tutulubdur. Biz bu illər ərzində 1500 yeni məktəb tikdik. Amma hələ təxminən bir o qədər də yeni məktəb tikilməlidir. Hələ köhnə, yararsız vəziyyətdə, qəzalı vəziyyətdə olan məktəblər var. Onları biz təzə binalarla əvəzləyəcəyik.

Tibb müəssisələri yaradılır, mən görmüşəm, o cümlədən Biləsuvar rayonunda tikinti gedir, yəqin ki, yaxın zamanlarda istifadəyə veriləcəkdir. Bu da yaxşı, yüksək səviyyəli tibbi xidmətin göstərilməsinə şərait yaradacaqdır.

Yəni, ilk növbədə insanlar üçün nə lazımdırsa, biz onu etməliyik və ölkəmizi iqtisadi cəhətdən inkişaf etdirmək üçün tədbirlər görüləcəkdir.

O ki qaldı, su məsələsinə, bu, doğrudan da indi nəinki burada, bütün ölkə üzrə problemlərdən biridir. Biz bu məsələnin həlli ilə məşğuluq, xüsusi proqram hazırlanıbdır. Həm içməli suyun gətirilməsi, həm meliorasiya işlərinin daha da sürətlə aparılması üçün əlavə tədbirlər görüləcəkdir. Mən göstəriş verəcəyəm ki, Biləsuvar rayonunda suvarma ilə bağlı olan problemlərin həlli üçün lazımi tədbirlər görülsün. Əgər əlavə vəsait lazım olacaqsa, bunu da biz təmin edəcəyik.

Çox yaxşı bilirəm ki, bunun son dərəcə böyük əhəmiyyəti var. Yəni biz suvarma məsələsinin həllinə nail olsaq, demək olar ki, Azərbaycanın kənd təsərrüfatı istehsalı bir neçə dəfə arta bilər.

SAKİNLƏR: Xüsusilə bu il havalar çox isti keçdi. Bizim rayonun əhalisi çox əziyyət çəkdi.

İLHAM ƏLİYEV: Bəli, təkcə burada deyil, demək olar, bütün rayonlarda bu problem var. Bu, indi əsas problemdir. Bir neçə il bundan əvvəl əsas problem işıq problemi idi. İndi bu problem tamamilə həll olundu, yoxdur. Ondan sonra qazlaşdırma problemi idi. İndi Azərbaycanın tarixində ilk dəfə olaraq, hər bir rayonda qaz var. Düzdür, hər bir kənddə yoxdur. Amma biz qazlaşdırmanı davam etdirəcəyik. İndi ən vacib məsələlərdən biri içməli su, bir də ki, suvarma suyudur. Bunlarla biz məşğul olacağıq və mən düşünürəm ki, növbəti 2-3 il ərzində bu problem tamamilə aradan qaldırılmalıdır. Tamamilə aradan qaldırılacaq, yəni ki, biz bunu yarımçıq formada etmək istəmirik. İndi müxtəlif tədbirlər görülübdür. Məsələn, Kür çayından gələn suyun təmizlənməsi üçün Biləsuvar rayonunda da xüsusi qurğular qoyulubdur. İnsanlar əvvəllər o suyu dədə-baba üsulu ilə duruldur, təmizləyirdilər. İndi müasir qurğular tikilibdir və təmiz su gəlir. Bu proses davam etdiriləcəkdir. Biləsuvar rayonunun inkişafına aid olan bütün başqa məsələlər öz həllini tapacaqdır.

Son bir neçə il ərzindəki bu tərəqqi, bu inkişaf bizim işimizin nəticəsidir. İkincisi, onu göstərir ki, hər bir məsələni biz həll edə bilərik. Elə məsələ yoxdur ki, onu həll edə bilməyək. Ölkə daxilində bütün sosial, iqtisadi və infrasturkur layihələrinin icrası uğurla gedir. Lənkəranda yeni aeroportun tikintisi başa çatıbdır. Ondan əvvəl Astarada elektrik stansiyası tikilmişdir. Bütün bunlar infrastruktur işlərinin daha da yüksək səviyyədə olmasını təmin edir. Əlbəttə ki, insanların daha da yaxşı yaşaması üçün əlavə tədbirlər görüləcəkdir.

Mən bir daha demək istəyirəm ki, iki il bundan əvvəl Biləsuvarda olmuşam və indi çox böyük dəyişiklikləri gördüm. Burada tikilən binalar yüksək səviyyədədir, dünyanın ən yüksək səviyyəsindədir. Belə də olmalıdır. Azərbaycanda yaradılan bütün yeni obyektlər ən yüksək səviyyəyə cavab verməlidir. Bizim insanlarımız ən yaxşı şəraitdə yaşamalıdırlar, ən yaxşı xidmətə malik olmalıdırlar. Mən sizi bütün gözəl nailiyyətlərlə təbrik edirəm. Gözəl Olimpiya-İdman Kompleksi, məktəb, süd zavodu - görün, bir gündə neçə gözəl tədbirin iştirakçısı olmuşuq. Sizə gələcək işlərinizdə də uğurlar və cansağlığı arzulayıram.

X X X

Sonra Prezident İlham Əliyev Biləsuvardakı Heydər Əliyev adına məktəbin direktoru GÜLMALI GÜLƏLİYEV ilə görüşdü və dedi ki, əvvəllər mən buradan keçib gedəndə həmişə məni salamlayırdınız.

GÜLMALI GÜLƏLİYEV: Cənab Prezident, çox sağ olun. Mən Heydər Əliyev əsgəriyəm, ölənə qədər ən şərəfli medal mənim ürəyimin üstündə olacaqdır.

İLHAM ƏLİYEV: Mənim yadımdadır, hələ 2000-ci ildə parlament seçkiləri ərəfəsində mən buradan cənub tərəfə gedirdim, onu yolda gördüm, o vaxt tanımırdım. Ondan sonra biz dostlaşdıq.

GÜLMALI GÜLƏLİYEV: Biləsuvar camaatı bütün işləri vicdanla yerinə yetirməyə hazıdır.

SAKİNLƏR: Cənab Prezident, bütün xalqımız kimi, biləsuvarlılar da Sizi sevir.

İLHAM ƏLİYEV: Mən də sizi çox istəyirəm və çox şadam ki, Biləsuvarda belə gözəl işlər görülür. Sizə yeni-yeni uğurlar arzulayıram. Bilin ki, mən rayonun inkişafı üçün nə lazımdırsa, həmişə onu edəcəyəm.

X X X

Sonra dövlətimizin başçısı görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

Bununla da Prezident İlham Əliyevin Biləsuvar rayonuna səfəri başa çatdı.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir