“Real Madrid” son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb
Bakı, 6 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 6-da futbol üzrə İspaniya La Liqasında 31-ci turun oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Madrid təmsilçisi “Real” doğma azarkeşlər önündə “Eybar” komandasını qəbul edib. Madridlilər matçın 60-cı dəqiqəsinə kimi 1:0 geridə olsa da, qarşılaşmanın 59-cu və 81-ci dəqiqələrində vurduğu iki qolla qələbə qazanıb. Zinəddin Zidanın yetirmələrinin heyətində hər iki qolu Kərim Benzema, “Eybar”da isə Mark Kordona vurub.
Bu qələbə sayəsində “Real Madrid” xalların sayını 60-a çatdıraraq turnir cədvəlindəki ən yaxın izləyicisi “Atletiko Madrid” komandasından 2 xal geri qalır. “Eybar” isə 39 xalla 11-ci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]