“Real”ın baş məşqçisi dünyanın ən yaxşı futbolçusundan narazıdır
Bakı, 7 may, AZƏRTAC
Madridin “Real” komandasının baş məşqçisi Zinədin Zidan komandanın yarımmüdafiəçisi, keçən il FIFA versiyası üzrə dünyanın ən yaxşı futbolçusu hesab edilmiş və “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatına layiq görülmüş xorvatiyalı Luka Modriçin oyununun keyfiyyətindən narazı olduğunu bildirib.
AS portalının yazdığına görə, Zidan Modriçin indiki vəziyyətdə “Real”a fayda gətirə biləcəyinə çox şübhə edir. Zidanın fikrincə, Modriçin karyera zirvəsi artıq arxada qalıb və indi onun oyununun keyfiyyəti daim azalacaq.
AZƏRTAC xəbər verir ki, 33 yaşlı Modriçin “Real” ilə kontraktının müddəti 2020-ci ilin yayında başa çatır, lakin idmançı İspaniya klubunu tərk etməyə hazırlaşmır.
Hazırda yarımmüdafiəçinin transfer qiyməti 25 milyon avro dəyərləndirilir və əgər münasib təklif olsa “Real” ondan yaxa qurtarmağa hazırdır.
Luka Modriç “Real” komandasına 2012-ci ildə İngiltərənin “Tottenhem” klubundan keçib. Cari mövsümdə bütün turnirlərdə 44 matç keçirmiş futbolçu bu oyunlarda 4 qol vurub.
Xorvatiya yığmasının heyətində Modriç 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının finalına çatıb və bu mərhələdə onun komandası fransızlara uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]