Rəcəb Tayyib Ərdoğan: Türkiyə-Gürcüstan strateji əməkdaşlığı davam etdiriləcək
Tbilisi, 14 yanvar, AZƏRTAC
"Türkiyə- Gürcüstan strateji əməkdaşlığı bundan sonra da davam etdiriləcək".
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstan baş naziri Giorgi Qaxariyanın bu vəzifəyə yenidən təyin olunması münasibətilə təbrik məktubda əksini tapıb.
Gürcüstan hökuməti dəftərxanasından bildirilib ki, Türkiyə Prezidenti təbrik məktubunda ölkəsi ilə Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlığın və dostluq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edib.
“Bölgədə dayanıqlı sülh və sabitliyin bərqərar olması üçün fürsətlər pəncərəsinin yarandığı dövrdə sizin rəhbərliyiniz altında ölkələrimiz arasında əlaqələrin bütün sahələr üzrə davam etdiriləcəyinə əminəm”, - məktubda belə deyilir.
Türkiyə Prezidenti Gürcüstan hökumətinin başçısına möhkəm cansağlığı və xoşbəxtlik, dost gürcü xalqına firavanlıq arzulayıb: “Qoy Yeni il ölkələrimiz və bölgəmizə sülh və xeyirxahlıq gətirsin”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]