Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rektor: Təhsil həmişə Prezident İlham Əliyevin siyasətində strateji istiqamət olub

Rektor: Təhsil həmişə Prezident İlham Əliyevin siyasətində strateji istiqamət olub

Bakı, 27 oktyabr, AZƏRTAC

Ölkəmizin 2003-2023-cü illəri əhatə edən 20 illik tarixi Ulu Öndər, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xalqa müraciətində özünün davamçısı, həyata keçirə bilmədiklərini həyata keçirəcək varisini - İlham Əliyevi təqdim etdiyi gündən başladı. 2003-cü ilin 15 oktyabrında prezident seçilmiş İlham Əliyev ilk çıxışında Ulu Öndərin siyasi xəttinə sadiq olacağını, ölkənin hərtərəfli inkişafı və qüdrətlənməsinə, sosial problemlərin həllinə istiqamətlənmiş proqramını bəyan etdi. “Mən hər bir azərbaycanlının prezidenti olacağam” deyən İlham Əliyev milli birliyimizin daha da möhkəmlənməsinin əsasını qoydu. Tarix baxımdan böyük olmayan bu dövr ərzində ölkəmiz misilsiz inkişaf yolu keçdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova bildirib. Onun sözlərinə görə, həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 3.6 dəfə artdı, şaxələndi və neft amilindən asılılığı azaldı. Enerji sektorunda böyük layihələr uğurla həyata keçirildi. Bir milyon qaçqın və məcburi köçkünü olan bir ölkənin dövlət siyasətinin mərkəzində həmişə vətəndaş dayandı. Sosial problemlərin həllinə, təhsilin, səhiyyənin inkişafına böyük diqqət yetirildi. Ordu quruculuğunda zamanın tələbinə uyğun tədbirlər görüldü. Ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi üçün müasir, yüksək intellektə və liderlik keyfiyyətlərinə malik İlham Əliyev şəxsiyyəti çox böyük rol oynadı. Beynəlxalq aləmdə xalqını, ölkəsini təmsil edən Prezident İlham Əliyev özünün xarizması, alicənablığı və diplomatik məharəti ilə Azərbaycanın nüfuzunu qaldırdı, tanınan və seçilən ölkələrdən etdi.

O qeyd edib ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına rəhbərlik etməsi Prezident İlham Əliyevin rəhbərlik etdiyi ölkənin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsini təsdiq edən faktlar oldu. Bu illər ərzində qarşıya qoyulan ən böyük hədəf Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, müvəqqəti itirdiyimiz torpaqların qaytarılması idi. Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin inamla, iradə ilə, müdrikliklə həyata keçirdiyi ölkənin hərtərəfli inkişafına və qüdrətlənməsinə yönəlmiş gərgin fəaliyyət işğal altında olan torpaqlarımızın azad edilməsinə imkan yaratdı. 44 günlük Vətən müharibəsi xalqımızın möhkəm birliyini, ordumuzun gücünü və rəşadətini, əsgərlərimizin qəhrəmanlığını, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətçi, qətiyyətli, dəmir iradəli Lider olduğunu bütün dünyaya göstərdi. Lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenliyinin bərpa edilməsi 20 il ərzində böyük zəhmətlə, gərgin fəaliyyətlə həyata keçirilmiş siyasətin parlaq nəticəsi oldu.

“2003-cü ildən sonra ötən illər Azərbaycanın ali təhsil tarixində də böyük iz qoydu. Təhsil həmişə Prezident İlham Əliyevin siyasətində strateji istiqamət olub. Bu illər ərzində ölkəmizdə ali təhsilin yenilənməsi və modernləşməsini təmin edən bir sıra çox vacib dövlət qərarları və sənədləri qəbul edilib. Ciddi islahatların başlanmasını Azərbaycanın Bolonya prosesinə qoşulduğu 2005-ci ilə aid etmək olar. Sonrakı dövrdə ali təhsilin yeni sisteminin formalaşması, Avropa təhsil mühitinə inteqrasiyası, müasir tələblərə uyğun kadr hazırlığına istiqamətlənmiş dövlət proqramları qəbul edilib. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilini təmin edən dövlət proqramlarını xüsusilə qeyd etmək lazımdır. Onların nəticəsində dünya standartları səviyyəsində təhsil almış və bu gün ölkədə yeniləşmə prosesinə töhfə verən gənc, müasir mütəxəssislər nəsli yetişdi. 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” universitetləri beynəlxalq əlaqələrin möhkəmlənməsinə, qabaqcıl ali təhsil təcrübəsinə yiyələnməyə, ali məktəblərin reytinqinin yüksəlməsinə istiqamətləndirdi. Bu fəaliyyətin nəticəsi olaraq, ölkəmizin universitetləri inkişafa və beynəlxalq inteqrasiyaya doğru böyük addım atdı və son illərdə dünyanın əsas reytinq bazalarına daxil oldular”, - deyə rektor əlavə edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin son 20 ildə ciddi inkişaf yolu keçdiyini deyən rektor bildirib ki, bu illər ərzində universitet həm mütəxəssis hazırlığını, həm də idarəetmə strukturlarını müasir tələblərə uğun yeniləyib. Bakalavriatura və magistratura pillələrində bütün ixtisas və ixtisaslaşmaların hazırlıq proqramları modernləşdirilib. Beynəlxalq əlaqələrin genişlənməsi və effektli istifadəsi təhsilin metodikasına və məzmununa bir çox yeniliklərin daxil edilməsini, ikili diplom proqramlarının həyata keçirilməsini, ayrı-ayrı ixtisasların beynəlxalq akkreditasiyasını mümkün edib. Bu gün universitetimiz tələbələrinə bakalavriat pilləsində 4 və magistratura pilləsində 4 ikili diplom proqramı üzrə təhsil almaq imkanını verir. Memarlıq ixtisası Britaniya Kral Memarlar İnstitutunun (RIBA), xarici vətəndaşlar üçün hazırlıq fakültəsi Böyük Britaniyanın Lester Universitetinin akkreditasiyasını qazanıb. Hazırda daha 3 ixtisasın beynəlxalq akkreditasiya prosesi başlanıb. Bu illər ərzində elektron universitet qurulub, informasiya texnologiyaları tədris və idarəetmə prosesinə uğurla tətbiq edilir. Bunların nəticəsi olaraq, mütəxəssis hazırlığının keyfiyyəti yüksəlib və məzunlar işə götürülənlər tərəfindən daha yüksək qiymət alırlar. Məzunlarımızın bir hissəsi bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında çalışır, yollar çəkir, şəhərlər və evlər tikir, dağıdılmış abidələri bərpa edirlər. Bunlar hamısı Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 ildə ölkəmizin iqtisadiyyatını və sosial həyatını xarakterizə edən böyük yüksəlişin nəticəsidir.

Dövlətimizin başçısının universitetə diqqət və qayğısından bəhs edən G.Məmmədova deyib ki, 2010-2011-ci illərdə Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına AzMİU-nun 13 mərtəbəli tədris binası əsaslı təmir edilib, sonrakı illərdə dövlət büdcəsindən ayrılan vəsait hesabına layihə müəllifi görkəmli memar Mikayıl Useynov olan memarlıq fakültəsinin binası təmir edilib. Prezidentin dəstəyilə 2019-cu ildə universitetdə İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılması, İtaliya dizayn məktəbləri və mərkəzləri ilə əlaqələrin genişlənməsinə və dizayn təhsilinin modernləşməsinə şərait yaratdı. İyirmi il ərzində universitetin maddi-texniki bazası tamamilə yenilənib: təhsil üçün əlverişli, rahat mühit yaradılıb, çoxsaylı müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar açılıb.

“Azərbaycanda uğurla həyata keçirilən İlham Əliyev siyasi kursu, 20 il ərzində əldə edilən misilsiz inkişaf, Vətən müharibəsində möhtəşəm Qələbəmizin yaratdığı ruh yüksəkliyi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi gələcəyə böyük inam və əminliklə baxmağa imkan verir. Ölkədə quruculuq işlərinin vüsət alması, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işlərinin böyük miqyası memarlar, inşaatçılar, nəqliyyatçılar, hidrotexniklər və bir çox başqa ixtisaslar üzrə kadr hazırlayan Memarlıq və İnşaat Universitetinin qarşısında böyük vəzifələr qoyur. Təhsildə modernləşmə və yüksək keyfiyyət hədəflərinə çatmaq üçün həyata keçirilən islahatlar bu vəzifənin öhdəsindən gələcəyimizə əminlik yaradır”, - deyə rektor fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər