Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəqəmsal transformasiyanın sürətlənməsi informasiya təhlükəsizliyi baxımından yeni risklər yaradır - MÜSAHİBƏ

Rəqəmsal transformasiyanın sürətlənməsi informasiya təhlükəsizliyi baxımından yeni risklər yaradır - MÜSAHİBƏ

Bakı, 17 mart, AZƏRTAC

2025-ci ilin dekabrın 25-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası” təsdiq olunub. Bununla əlaqədar bir müddət sonra dövlət qurumlarının məsul əməkdaşlarının toplantısı keçirilib. Bu sənədə əsasən, dövlət qurumları 6 ay ərzində öz informasiya təhlükəsizliyi risklərini müəyyən etməli, onları qiymətləndirməli, sənədləşdirməli və strukturlaşdırılmış şəkildə idarə etməlidirlər.

Bu sənəd ölkəmizdə informasiya təhlükəsizliyi idarəetməsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Artıq hər bir dövlət qurumu yalnız texniki tədbirlərlə kifayətlənməməli, risklərini sistemli şəkildə izləməli və proaktiv yanaşma ilə idarə etməlidir.

AZƏRTAC-a məxsusi müsahibəsində İnformasiya təhlükəsizliyi üzrə tanınmış mütəxəssis Elçin Əliyev yeni tələblərin mahiyyəti və əhəmiyyəti barədə danışıb.

Elçin Əliyev uzun illərdir ki, informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərir, əvvəllər təhlükəsizlik orqanlarında xidmət etmiş və hazırda təqaüddə olsa da, müxtəlif dövlət qurumlarına məsləhətçi qismində dəstək göstərməyə davam edir. O, ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində bir çox vacib təşəbbüslərin müəllifidir: dövlət qurumlarında bu sahədə ilk struktur bölmənin yaradılması, informasiya təhlükəsizliyi üzrə ilk milli strategiyanın hazırlanması, “Fərdi məlumatlar”, “Biometrik informasiya” kimi qanunvericilik sənədlərinin tərtibi, həmçinin ali təhsil müəssisələri üçün ixtisas kurrikulumlarının tərtibində birbaşa iştirak edib.

AZƏRTAC-a müsahibəsində Elçin Əliyev yeni Qaydaların məqsədlərini, beynəlxalq təcrübələrlə uyğunluğunu, dövlət və özəl sektor üçün yaratdığı öhdəlikləri və nəhayət, bu tənzimləmənin vətəndaşa nə verdiyini izah edir.

-“Risk” anlayışı burada konkret olaraq nəyi ifadə edir? Söhbət haker hücumlarından gedir?

-Xeyr, “risk” anlayışı bu sənəddə təkcə haker hücumları ilə məhdudlaşmır. Risk insidentin başvermə faktı deyil, onun ehtimalıdır. Bu ehtimal üç əsas faktorun – təhdid, zəiflik və fəsad faktorlarının kombinasiyasından yaranır.

Qeyd edim ki, qəbul olunmuş hüquqi sənəddə bu anlayışların rəsmi açılışı də yer alıb. İnformasiya təhlükəsizliyi riski – informasiya mühafizəsinin obyektlərinə aid mümkün təhdidlərin baş verməsinin, bu zaman həmin obyektlərdəki boşluqlardan, çatışmazlıqlardan, zəifliklərdən, nəzarətsizliklərdən və digər uyğunsuzluqlardan istifadə edilməsinin və nəticədə baş verə biləcək fəsadların birgə ehtimalıdır.

Bu Qayda “ya biz riskləri idarə edirik, ya da risklər bizi idarə edir” (“Either you manage risk, or risk manages you.”) deyimli, risk menecementinə aid məşhur çağırışa (“challenge”) tutarlı cavabdır.

-Dövlətimiz üçün informasiya təhlükəsizliyi risklərinin ayrıca reyestr şəklində aparılması niyə vacib oldu?

-Müasir dövrdə süni intellekt texnologiyalarının geniş tətbiqi nəticəsində “ağıllı” (“smart”) xidmətlər sürətlə inkişaf edir. Bu proses böyük həcmdə məlumatların yaradılması və emal olunması ilə müşayiət olunur. İnsanlar gündəlik fəaliyyətlərində getdikcə daha çox süni intellekt alətlərindən və avtomatlaşdırılmış süni intellekt agentlərindən istifadə edir. Bu agentlər müxtəlif prosesləri müstəqil şəkildə yerinə yetirir, qərarların qəbuluna dəstək verir və rəqəmsal xidmətlərin miqyasını daha da genişləndirir. Nəticədə rəqəmsallaşma bütün fəaliyyət sahələrində daha sürətli və daha geniş şəkildə yayılır.

Rəqəmsal transformasiyanın sürətlənməsi yeni imkanlarla yanaşı, informasiya təhlükəsizliyi baxımından yeni risklər də yaradır. Məlumat həcminin sürətlə artması, sistemlərin qarşılıqlı əlaqəsinin genişlənməsi və süni intellektəsaslı xidmətlərin yayılması təhlükəsizlik risklərinin daha mürəkkəb xarakter almasına səbəb olur. Buna görə də rəqəmsal ekosistem və informasiya təhlükəsizliyi ekosistemi kimi yanaşmalar daha aktual olur. İnformasiya təhlükəsizliyi riskləri reyestri də bu ekosistemin əsas komponentlərindən biridir.

Yeni qaydalara əsasən, hər bir dövlət qurumunda informasiya təhlükəsizliyi riskləri reyestri formalaşdırılmalıdır. Bu reyestrdə risk faktorları, o cümlədən mümkün təhdidlər, rəqəmsal ekosistemdə istismar oluna biləcək zəifliklər, bu zəifliklərin qurumun fəaliyyətinə yarada biləcəyi fəsadlar, onların aşkarlanması üçün indikatorlar və qabaqlayıcı mühafizə tədbirləri vahid arxitektura çərçivəsində sistemli şəkildə qeydiyyata alınmalıdır.

Beləliklə, qurumlar artıq insident baş verdikdən sonra reaksiya vermək əvəzinə, riskləri əvvəlcədən müəyyənləşdirərək onları idarə etməyə çalışacaqlar. Bu yanaşma risklərin daha effektiv idarə olunmasına imkan verəcək və nəticədə maddi-texniki, maliyyə, zaman və insan resurslarının daha səmərəli istifadəsini təmin edəcək.

-Bu sənədin qoyduğu tələblər kimlər üçün məcburidir?

-Qaydanın tələbləri dövlət qurumları üçün məcburidir. Bu qurumlarda risklər reyestrinin aparılması öhdəlikdir və müvafiq dövlət qurumu tərəfindən nəzarət predmeti hesab olunur. Özəl sektor və fərdi sahibkarlar üçün bu tələblər məcburi deyil, lakin onlar dövlət qurumlarına xidmət göstərirsə, bu xidmətlərə aid razılaşma sənədlərində müvafiq qarşılıqlı öhdəliklər və ölçmə metrikaları müəyyən olunacaq.

Bir sıra qurumlarda informasiya təhlükəsizliyini nəzarətdə saxlamaq üçün audit, monitorinq, sertifikatlaşdırma, ekspertiza mexanizmlərindən istifadə olunur. Lakin məlumdur ki, milli təhlükəsizliyə təhdid ola bilən hər bir sahə üçün riskləri qiymətləndirmə mexanizmi təməl əhəmiyyətlidir. İnformasiya sahəsində də təhlükəsizliyi nəzarətdə saxlamaq üçün bu mexanizmlərin hər birinin müəyyən ardıcıllıqla öz yeri var. Məsələn, belə hesab etmək olar ki, riskləri qiymətləndirmə – qarşıdakı vəziyyətə baxışdır; layihəni ekspertiza – nəzərdə tutulan obyektin modelinə baxışdır; sertifikatlaşdırma – mövcud obyektin həmin modelə uyğunluq vəziyyətinə baxışdır; monitorinq – mövcud vəziyyətə baxışdır; audit – keçmiş vəziyyətə baxışdır, riskləri emaletmə isə – vəziyyətin təhlükəsizliyi üçün preventiv tədbirdir.

-Bəs bu sənədin tələb etdiyi yanaşmalar beynəlxalq təcrübəyə uyğundurmu?

-Bəli, bu sənədin yanaşması tam şəkildə beynəlxalq təcrübəyə və qlobal standartlara uyğundur. Qayda birbaşa olaraq beynəlxalq səviyyədə qəbul olunmuş ISO/IEC 27005 (informasiya təhlükəsizliyi risklərini idarəetmə), ISO/IEC 20000 (İKT xidmətləri idarəetmə) və informasiya təhlükəsizliyini idarəetmə sahəsinə aid digər standartlara əsaslanır. Eyni zamanda, sənəddə “risklər reyestri” rəqəmsal xidmətinin funksional imkanlarının bu sahədə qabaqcıl metodoloji çərçivələrə uyğun qurulmalı olduğu açıq şəkildə qeyd olunur. Bu da riskləri qiymətləndirmə, emaletmə və bu işləri nəzarətdə saxlama proseslərinin dövlət qurumlarında sistemli şəkildə həyata keçirilməsinə təməl yaradır.

Yəni bu sənəd qlobal səviyyədə qəbul olunmuş idarəetmə modelinin milli hüquqi tətbiqidir. Bu, həm texniki sənəddir, həm də geniş rəqəmsallaşma dövründə informasiya təhlükəsizliyinə xidmət edən müasir idarəetmə mədəniyyətidir. Bu addım Azərbaycanın informasiya təhlükəsizliyi sahəsində qlobal trendlərlə ayaqlaşdığını göstərir. Hər bir dövlət qurumunda informasiya təhlükəsizliyi sahəsində riskləri qiymətləndirmə, emaletmə və nəzarətdə saxlama üzrə rolların, liderlərin müəyyən olunması gözlənilir.

-Bu Qayda icra baxımından hansı real mexanizmləri nəzərdə tutur?

-Bu Qayda konkret icra mexanizmlərini müəyyən edir, təkcə “nə etmək lazımdır” sualına deyil, “necə etmək lazımdır” sualına da cavab verir. Ən vacib mexanizm risklər reyestrinin müvafiq strukturda yaradılması və idarə olunmasıdır. Hər bir dövlət qurumu informasiya təhlükəsizliyi risklərini müəyyən etməli, ölçməli, təsnifləşdirməli, reyestrdə qeydiyyata almalı, emal həllərini işləməli və reyestri mütəmadi olaraq yeniləməlidir. Nəzərə alınmalıdır ki, süni intellekt təkcə təhdidlər üçün deyil, həm də mühafizə həlləri üçün də geniş istifadə olunur.

Riskləri müəyyən etmək üçün informasiya təhlükəsizliyi ekosisteminin komponentlərinin uçotları və təhdidlərin təsir edə, istifadə edə biləcəyi rəqəmsal ekosistemin komponentlərinin uçotları, bu ekosistemlərin baza vəziyyətləri müəyyən edilməlidir.

Bu qaydanın tətbiqi nəticəsində heç bir qurum “riskdən xəbərsiz idik” və ya “insident gözlənilməz oldu” deməməlidir. Risklər öncədən görünən, ölçülən və cavab tələb edən idarəetmə obyektinə çevrilir. Bu Qaydada nəzərdə tutulan həllər kataloqu – “biliklər bazası” qabaqcıl təcrübələr toplusu, həmçinin əqli mülkiyyət və innovasiyalar fondu olur.

-Dövlət qurumları ilə çalışan şirkətlər və podratçılar üçün bu sənəd nəyi dəyişir?

-Bu sənəd birbaşa özəl sektora yönəlməsə də, dolayı olaraq çox ciddi təsirlər yaradır. Çünki dövlət qurumlarının informasiya təhlükəsizliyinə dair məsuliyyətləri artdıqca, onlarla çalışan şirkətlərin də bu prosesə uyğunlaşması labüddür. Bu sənəd həm dövlət, həm də onunla işləyən şirkətlər üçün informasiya təhlükəsizliyini daha yetkin və şəffaf şəkildə idarə etmək üçün yeni mərhələdir.

Risklər kontekstual dəyərləndirilməlidir – bu da daha peşəkar yanaşma tələb edir, riskləri emal alətlərinin mühafizə eşalonlarına (insan faktoru üzrə, perimetr üzrə, kompüter şəbəkəsi üzrə, son istifadəçi avadanlığı üzrə, proqram təminatı üzrə, verilənlər üzrə, kritik vacib aktivlər və s. üzrə laylara) uyğun olmasını, müvafiq rəqəmsal xidmətlər vasitəsilə tətbiq olunmasını tələb edir.

-Adi vətəndaş üçün bu sənədin nə kimi əhəmiyyəti var?

-Bir çox insan üçün belə sənədlər “yalnız dövlət qurumları üçün yazılıb” kimi görünə bilər. Amma əslində bu sənəd birbaşa vətəndaşın informasiya təhlükəsizliyini və bununla əlaqədar qanuni maraqlarını qorumağa da xidmət edir. Çünki bu gün vətəndaşlar gündəlik həyatlarında davamlı olaraq dövlət informasiya sistemlərindən, elektron xidmətlərdən istifadə edirlər.

Bu sənədin tətbiqi nəticəsində rəqəmsal ekosistemdə və rəqəmsal xidmətlərdə zəifliklər azalır, zəifliklərdən təhdid üçün istifadə halları və cəhdləri müvafiq indikatorlar vasitəsi avtomatik aşkarlanar, əhaliyə göstərilən elektron xidmətlərin dayanıqlığı artar. Üstəlik fərdi məlumatların konfidensiallığına və tamlığına da təsir edər. Saxta mətn, səs və videolarla (“deepfake”) dezinformasiya yayılmasına, generativ süni intellektin fırıldaqçılıq üçün istifadə olunmasına qarşı mübarizəyə preventiv dəstək artar.

Əhali bu sənədin real faydasını, dövlət informasiya sistemlərində, elektron xidmətlərdə davamlılıq səviyyəsinin artmasında biləcək, qiymət verəcək.

Müxbir – Pərvanə Qafarova

AZƏRTAC-0-GQ

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq