Rəşad Mahmudov: Hələ də cəmiyyətdə koronavirusun olub-olmaması barədə suallara rast gəlirik
Bakı, 18 iyun, AZƏRTAC
Hələ də Azərbaycan cəmiyyətində həqiqətən koronavirusun olub-olmaması barədə suallara rast gəlirik.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
R.Mahmudov deyib ki, cəmiyyətlərin reaksiyaları xəstəliyə qarşı mübarizədə əsas rol oynayacaq: “Hər bir səhiyyə sisteminin bəlli bir potensialı var. Biz gələcəyimizə münasibətdə cəmiyyət olaraq məsuliyyətli olmalıyıq. Bugünkü dünya bizə diktə edir ki, əlimizdə bu qədər məlumatlar olduğu bir vaxtda daha böyük təhlükələrə gedən yolda həmrəylik nümayiş etdirək. Bu mübarizədə uğur qazanmaq üçün dövlətin və hökumətin ortaya qoyduğu məsələlərə həssas yanaşmaq lazımdır. Ona görə də insanları bugünkü tövsiyələrə ciddi riayət etməyə çağırıram”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]