Rəşad Nəbiyev: "TEKNOFEST Azərbaycan"da gəncliyimizin gücünün, biliyinin şahidi olduq
Bakı, 29 may, AZƏRTAC
Son 4 gün ərzində çox həyəcanlı hisslər yaşadıq. Bu günlərdən özümüzlə qürur hissi, gələcəyə olan inam hissi aparırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 29-da "TEKNOFEST Azərbaycan" festivalının bağlanış mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
“Bu günlərdə Azərbaycan gəncliyinin gücünün, biliyinin şahidi olduq. Dövlətimizin başçısının diqqət və qayğısı sahəsində belə bir festivalı ərsəyə gətirdiyimiz üçün çox xoşbəxtik. Prezident İlham Əliyev başda olmaqla festivalda iştirak edən hər kəsə təşəkkür edirik", - deyə nazir vurğulayıb.