Respublika fənn olimpiadalarının yarımfinal turu davam edir
Bakı, 9 mart, AZƏRTAC
Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu davam edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, martın 10-da olimpiadanın Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Olimpiadaların yarımfinal turu mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil ediləcək.
Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.
Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.
Xatırladaq ki, martın 8-də respublika fənn olimpiadasının informatika üzrə yarımfinal turu ADA, Bakı Mühəndislik universitetləri, Quba rayonu Alekseyevka kəndi və Naxçıvan Muxtar Respublikası daxil olmaqla 4 mərkəzdə təşkil edilib. Mövcud pandemiya qaydalarına uyğun keçirilən bilik yarışında ümumilikdə 160 nəfər şagird iştirak edib. Olimpiadada şagirdlərə həll etmək üçün 5 alqoritmik məsələ təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]