Respublika Hərbi Prokurorluğunun əməkdaşları cəbhə bölgəsindədirlər
Bakı, 27 aprel, AZƏRTAC
Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüququn tələbləri kobud şəkildə pozularaq Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektləri iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutulur.
AZƏRTAC xəbər verir ki, Respublika Hərbi Prokurorluğunun əməkdaşları cəbhə xəttində baş verənlərlə bağlı qanunvericiliyə müvafiq olaraq müxtəlif araşdırma tədbirləri həyata keçirməklə Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına əsasən birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə ön xətdə yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirirlər.
Görüşlərdə şəxsi heyətin vətənpərvərlik, dostluq, qardaşlıq mühitinin formalaşdırılması, qarşılıqlı, sağlam və işgüzar münasibətlərin nizamnamələr çərçivəsində qurulması, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi barədə maarifləndirici söhbətlər aparılır.
Bununla yanaşı, bu günlərdə Respublika Hərbi Prokurorluq orqanlarının əməkdaşları könüllü olaraq əmək haqlarının 20 faizini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna köçürüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]