Respublika Psixiatriya Xəstəxanasında pasiyentin ölməsi barədə araşdırma aparılır
Bakı, 21 fevral, AZƏRTAC
Ötən il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsində müalicə alan B.V-nin (şərti) yemək yeyərkən başının arxa hissəsindən sillə vurulması nəticəsində boğularaq ölməsi barədə Baş Prokurorluğun mətbuat xidmətinə media nümayəndələri tərəfindən çoxsaylı sorğular daxil olub.
AZƏRTAC-ın sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, həmin faktla bağlı hazırda Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Araşdırma zamanı məhkəmə tibbi-ekspertizası və digər laborator müayinələr keçirilib, eləcə də, zəruri prosessual hərəkətlər icra edilib.
Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, şəxsin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub.
Həmçinin ekspertizanın rəyi ilə müəyyən olunub ki, şəxsə sillə ilə vurulması nəticəsində yad cismin tənəffüs yoluna düşməsi inkar olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:33]
Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq
- 12.10.2026 [18:14]
DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk
- 12.10.2026 [17:50]
Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb
- 12.10.2026 [16:25]
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
- 12.10.2026 [16:14]