RESPUBLİKAMIZIN PEKİNDƏKİ SƏFİRLİYİNDƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, burada Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirə Pekində təhsil alan azərbaycanlı tələbələr və Çində fəaliyyət göstərən azərbaycanlı iş adamları dəvət olunmuşdular.
Toplantı iştirakçıları müstəqil Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdə, milli dövlətçilik ideologiyasının yaranmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışlar.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müraciəti oxunmuşdur.